Rusiya Almaniyanın iki diplomatını “arzuolunmaz şəxs” elan edib

Rusiya Almaniyanın iki diplomatını “arzuolunmaz şəxs” elan edib
  • DÜNYA

Almaniyanın Rusiyadakı səfiri Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, səfir Almaniyanın dekabrın 4-də iki Rusiya diplomatını "arzuolunmaz şəxs” elan etməsinə etiraz olaraq XİN-ə dəvət olunub.
Rusiya Almaniyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "arzuolunmaz şəxs” elan edib. Onlardan bir həftə ərzində ölkəni tərk etmələri tələb olunub.
Qeyd edək ki, dekabrın 4-də Almaniya XİN Rusiyanın bu ölkədəki səfirliyinin iki nəfər əməkdaşını "persona non grata” elan edib. Buna səbəb avqustun 23-də Berlində çeçen əsilli Gürcüstan vətəndaşı, Aslan Məshədov və Şamil Basayevin yaxın tərəfdarı Zəlimxan Xanqoşvilinin qətlə yetirilməsidir. Berlin polisi qətli törətməkdə şübhəli bilinən şəxsin 49 yaşlı Rusiya vətəndaşı olduğunu açıqlayıb.
Xəbər 85 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR