Rus ordusu 3 tonluq bombalardan istifadəyə başladı

Rus ordusu 3 tonluq bombalardan istifadəyə başladı

Rusiya Hava-Kosmik Qüvvələri Ukraynada universal planlı və korrektə modullu FAB-3000 fuqaslı aviasiya bombasından istifadə etməyə başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə "RİA Novosti” məlumat yayıb.
Agentlik Rusiya ordusunun Ukrayna mövqelərinə endirilən zərbələrin videolarına istinad edib.
"Əvvəllər belə silahdan istifadə edilmirdi”, - məlumatda bildirilib.
TASS isə güc strukturlarındakı mənbələrə istinadla yazıb ki, Rusiya ordusu 3 tonluq aviasiya bombalarından iyunun 20-dən istifadə etməyə başlayıb.
Xəbər 195 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR