Rumıniya və Honduras Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

Rumıniya və Honduras Qüdsü İsrailin paytaxtı kimi tanıyıb

Rumıniya və Honduras Qüdsü İsrailin paytaxtı kimi tanıyıb.


Aktual.az ONA-a istinadən xəbər verir ki, bunu Rumıniyanın baş naziri Viorisa Dansila və Honduras prezidenti Xuan Orlando Hernandes ötən gün Amerika-İsrail İctimai Əlaqələr Komitəsinin Vaşinqtonda keçirilən illik konfransında bəyan edib. 

Bildirilib ki, hər iki ölkə səfirliyini Qüdsə köçürmək niyyətindədir.

KİV-in məlumatına görə, Rumıniya prezidenti baş nazirin bu qərarı onunla razılaşdırmadığını deyib. 

Qeyd edək ki, 2018-ci ilin əvvəlində ABŞ Qüdsü İsrailin paytaxtı kimi tanıyıb. 

Xəbər 421 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR