Rostovdan Bakıya birbaşa aviareys açılır

Rostovdan Bakıya birbaşa aviareys açılır

"İrAero" aviaşirkəti Rostovdan Bakıya və əks istiqmətdə birbaşa reysləri bərpa edəcək.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, reyslər iyulun 6-dan başlayaraq şənbə günləri həyata keçiriləcək. Uçuş vaxtının 2 saat çəkəcəyi qeyd edilir.
"İrAero" aviaşirkətinın baş direktoru Yuriy Lapin bildirib ki, Bakı istiqamətində uçuşlar artıq ənənəvidir və tələbat var: "Hazırda biz Azərbaycanın paytaxtına Çelyabinsk və Orenburqdan uçuşlar təşkil edirik, iyunun 18-dən isə Yekaterinburqdan uçuşlar həyata keçirəcəyik".
Xəbər 413 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR