Ermənistanın sabiq prezidenti Robert Köçəryanın vəkilləri onun barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi üçün Kassasiya Məhkəməsinə müraciət edib.
Cebhe.info-nun məlumatına görə, Ali Məhkəməyə müraciət etmək üçün nəzərədə tutulan yekun müddət iyulun 12-də axşam başa çatıb.
Vəkillər Apelyasiya Cinayət Məhkəməsinin qərarına qarşı iki şikayət ərizəsi təqdim edib.
Xatırladaq ki, iyunun 25-də Apelyasiya Məhkəməsində hakim Armen Danielyanın sədrliyi ilə keçirilən məhkəmə iclasında prokurorun və 1 mart hadisələri zamanı öldürülmüş şəxsin nümayəndəsi Seda Safaryanın iddiası təsdiq olunub.
Aktual.az
Xəbər 417 dəfə oxunub.