Rezidenturada boş qalan yerlərin siyahısı açıqlanıb

Rezidenturada boş qalan yerlərin siyahısı açıqlanıb

 Dövlət İmtahan Mərkəzi (DİM) rezidenturada boş qalan plan yerlərinə ərizə qəbulu elan edib.


Mərkəzdən "Report"a verilən məlumata görə, ümumilikdə 31 plan yeri boş qalıb. 

Onlardan 15 plan yeri ödənişli əsaslarla, 16 plan yeri isə dövlət sifarişi əsasında qəbul aparılan ixtisaslardır.

Bildirilib ki, müasir dövrdə epidemiologiya ixtisası üzrə həkim-mütəxəsislərə tələbat daima artır, boş qalan plan yerlərinin 6-sı (3-ü ödənişli əsaslarla, 3-ü isə dövlət sifarişi əsasında) tibbi profilaktika istiqamətinə aid olan epidemiologiya ixtisası üzrədir. Bu ixtisas üzrə ümumilikdə 9 plan yeri ayrılıb. Qeyd olunub ki, əhalinin sayının sürətlə artması sanitar-epidemioloji xidmətin səviyyəsinin də təkmilləşdirilməsini tələb edir. Sanitar-epidemioloji xidmətin artan tələbatı ödəyə bilməməsi bir sıra yoluxucu xəstəliklərin sürətlə yayılmasına və epidemiya halına keçməsinə şərait yaradır. Bundan başqa, bioterrorizm müasir dövrün aktual problemlərindən birinə çevrilmişdir. Belə təhlükəli vəziyyətlərin profilaktikası üçün epidemiologiya ixtisası üzrə yüksək ixtisaslı kadrların hazırlanmasına ehtiyac var və ixtsias seçimində namizədlərin bunu nəzərə almaları tövsiyə olunur.

Boş qalan plan yerlərinin siyahısı aşağıdakı cədvəldə əks olunub:

Kodu Adı S a y

ı

  T əhsil haqqı
Azərbaycan Tibb Universiteti
311511 Psixiatriya (GəncəŞəhəriPsixiatriyaXəstəxanası) 1    
311682 Ftiziatriya 1    
311796 Epidemiologiya 1    
ödənişliəsaslarla
311869 Kardiologiya 1   4000
311974 Stomatologiya 2   4000
311982 Gigiyena 1   4000
311803 Epidemiologiya 1   4000
           
Ə.ƏliyevadınaAzərbaycanDövlətHəkimləriTəkmilləşdirməİnstitutu
313245 Psixiatriya 2    
313261 Terapiya 1    
313367 Gigiyena 1    
313334 Pediatriya 1    
*313359 Mikrobiologiya 1    
ödənişliəsaslarla
313472 Narkologiya 3   4000
313489 Ftiziatriya 3   4000
313512 Gigiyena 2   4000
313529 Epidemiologiya 2   4000
           
RespublikaMüalicəviDiaqnostikaMərkəzi
337116 Anesteziologiya-reanimatologiya 1    
           
NaxçıvanDövlətUniversiteti
361124 Otorinolarinqologiya 1    
361181 Patolojianatomiya, məhkəmətibbiekspertiza 1    
361221 Stomatologiya 1    
361246 Epidemiologiya 2    
           
GəncəşəhəriAbbasSəhhətadına 1 nömrəlişəhərxəstəxanası
363117 Anesteziologiya-reanimatologiya (GəncəŞəhəriAbbasSəhhətadına 1 nömrəliŞəhərXəstəxanası) 1    

Müsabiqədə iştirak etmək istəyən namizədlər sentyabrın 20-21-də saat 10:00-dan 16:00-dək şəxsiyyəti təsdiq edən sənədin əsli və surətini təqdim etməklə, şəxsən DİM-ə (ünvan: Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi 28, Bakı Asiya Universitetinin binası) müraciət edə bilərlər.

2018/2019-ci tədris ilində rezidenturaya qəbul olmuş, o cümlədən qeydiyyatdan keçməmiş namizədlərin ixtisas seçməsinə icazə verilmir.

Ödənişli əsaslarla qəbul aparılan ixtisaslara qəbul olmuş namizədlərə qəbul olduğu klinik baza ilə razılaşdırılmaqla ödənişi hissə-hissə aparmağa imkan verilir.

Qeyd edək ki, 2018/2019-cu tədris ili üçün rezidenturaya qəbul planı ümumilikdə 439 yerdən ibarət olub. Onlardan 36 ixtisas üzrə 100 yer ödənişli əsaslarla nəzərdə tutulub. Bu il, həmçinin ilk dəfə olaraq bölgələrin səhiyyə müəssisələrində həkim-mütəxəssislərə olan ehtiyacı nəzərə alaraq rezidenturaya məqsədli qəbul (49 plan yeri üzrə) aparılıb.

Artıq əsas yerləşdirmədən sonra qəbul olanların qeydiyyatı başa çatıb. Rezidenturaya qəbul olmuş namizədlərdən 19 nəfəri DİM-in müəyyən etdiyi müddətdə qəbul olduğu tibb müəssisəsinin tabe olduğu mərkəzi icra hakimiyyəti orqanında qeydiyyatdan keçmədiyi üçün bu onların yerləşdirildiyi ixtisas üzrə təhsil almaqdan imtina etməsi kimi qiymətləndirilib. Bu namizədlər boş qalan yerlər üzrə keçirilən müsabiqəyə buraxılmırlar.

Xəbər 66 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR