Azərbaycanla Ermənistan arasında nəqliyyat kommunikasiyalarının açılması barədə danışıqlar davam edir.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, Gorus-Qafan yolunun bağlanmasına görə Bakı ilə Yerevan arasında Rusiya tərəfinin təşəbbüsü ilə danışıqlar aparılır.
Danışıqlar zamanı Azərbaycan tərəfinin Gorus-Qafan yolunun açılmasına qarşılıq üçtərəfli razılaşmada göstərildiyi kimi Azərbaycanın qalan ərazisi ilə Naxçıvanı birləşdirəcək nəqliyyat dəhlizinin açılmasını tələb etdiyi bildirilir.
Rəsmi Bakı Laçın-Gorus-Sisian-Naxçıvan yolunun açılmasını şərt kimi irəli sürüb.
Xəbər 547 dəfə oxunub.