Rəşad Dağlının oğlu: "Atamı tələyə saldılar!" - VİDEO

Rəşad Dağlının oğlu:

Meyxanaçı Rəşad Dağlının oğlu Yusif Əmirov atası ilə bağlı paylaşım edib.
Aktual.az xəbər verir ki, o, sosial şəbəkə hesabında bunları yazıb:
"Əziz izləyicilər, atamı tələyə saldılar! Dəstəyinizə və dualarınıza görə çox sağ olun! Bizimki də buraya qədər imiş...”.
Qeyd edək ki, noyabrın 9-u saat 05:00 radələrində 1979-cu il təvəllüdlü İskəndər Mehtiyevin öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. Aparılmış araşdırmalarla zərərçəkmişin tanışı, 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
 



Xəbər 232 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR