Rəşad Dağlını neçə illik həbs gözləyir? – Vəkildən AÇIQLAMA

Rəşad Dağlını neçə illik həbs gözləyir? – Vəkildən AÇIQLAMA

Xəbər verdiyimiz kimi, meyxanaçı Rəşad Dağlı kimi tanınan Rəşad Əmirov Bakının Qaradağ rayonunda qətl törədib. O,  1979-cu il təvəllüdlü İskəndər Mehtiyevi bıçaqlayaraq öldürüb.
 
Bəs, məşhur meyxanaçını nə qədər həbs cəzası gözləyir?
 
Aktual.az xəbər verir ki, bununla bağlı Sfera.az-a açıqlama verən vəkil Turan Abdullazadə deyib ki, Rəşad Dağlının törətdiyi və qanuna zidd əməl toplanılmış sübutlarla və yekun nəticədə məhkəmənin ittiham hökmü ilə öz təsdiqini taparsa, bu əməli şəxsiyyət, həyat və sağlamlıq əleyhinə olan qəsdən adam öldürmə cinayəti kimi tövsif edilə bilər:
 
"Belə ki, Cinayət Məcəlləsinin 120.1-ci maddəsinə əsasən, qəsdən adam öldürmə, yəni digər şəxsi qəsdən həyatdan məhrum etmə—doqquz ildən on dörd ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər xuliqanlıq niyyəti ilə, xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla törədilkdikdə- on dörd ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır”.
 
Qeyd edək ki, Qaradağ Rayon Prokurorluğunun məlumatına görə, Rəşad Əmirov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. İş üzrə istintaq davam edir.

Xəbər 241 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR