İran Prezidenti İbrahim Rəisi 50 ölkənin liderlərinə məktub göndərərək, Qəzza zolağına hücumları dayandırması üçün İsrailə təzyiq göstərməyə çağırıb.
Aktual.az xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.
Məlumata görə, Rəisinin mesajı digər ölkələrlə yanaşı, Rusiya prezidenti və Çin lideri, həmçinin İordaniya, Qazaxıstan, Keniya, Türkiyə və CAR dövlət başçılarına da ünvanlanıb. Rəisi İsraili Qəzzada atəşkəsə məcbur etmək üçün liderləri birliyə və koordinasiyaya çağırıb.
"Ölkələrimiz İsraillə ticarət və siyasi qarşılıqlı fəaliyyətin dayandırılması da daxil olmaqla, əllərində olan bütün təzyiq rıçaqlarından istifadə etməlidirlər. Bu, İsrailin Qəzzada törətdiyi cinayətlərə son qoymağa daha böyük töhfə verməyə kömək edəcək”, - məktubda qeyd olunub.
Xəbər 253 dəfə oxunub.