Ölkənin
ən gənc mobil operatoru "Nar”, müştərilərini yüksək sürətli və keyfiyyətli
internetlə təmin etmək məqsədilə baza stansiyalarının sayını artırmağa davam
edir. Belə ki, şəbəkəni əhali üçün daha əlçatan etmək məqsədilə il ərzində 1050-dən
artıq 4G, 210-dan artıq isə 3G baza stansiyası qurulub. Bununla da hazırda "Nar”ın LTE və LTE-A texnologiyalı baza stansiyalarının
sayı 2750-ni, 3G baza stansiyalarının sayı isə 2815-i ötüb. 4G
və 3G baza stansiyalarının sayını sürətlə artırmaqla mobil operator,
Azərbaycanın ən ucqar kəndlərini belə mobil rabitə xidmətlərilə təmin edir. Aparılan
davamlı şəbəkə təkmilləşdirmə işlərinin nəticəsi olaraq, Bakı və Abşeron
yarımadasından başqa, 54 region "Nar”ın sürətli 4G şəbəkəsi ilə əhatə olunub.
Bütün
ölkə ərazisində quraşdırılan yeni LTE texnologiyalı baza stansiyaları regionlarda
4G internet istifadəçilərinin sayının artmasına da səbəb olub. Belə ki, son 1 il ərzində 4G internetindən istifadə
edənlərin sayı Bakı üzrə 78%, regionlar üzrə isə 100%-dən çox artıb. Hazırda
"Nar”-ın yüksəkkeyfiyyətli 4G xidmətindən yararlanan aktiv abunəçilərin sayı 900
mini ötüb.
"Nar” ötən ilin müvafiq dövrü ilə müqayisədə 4G
şəbəkəsinin coğrafi əhatə dairəsini 347%, ölkə əhalisinin əhatə dairəsini isə 120%
artırmağa nail olub. Bununla da hazırda mobil operatorun 4G şəbəkəsi ölkə
ərazisinin 74,3%-ni (işğal olunmuş ərazilər istisna olmaqla), ölkə əhalisinin
isə 92%-ni əhatə edir. "Nar” hazırda 8600-dən artıq baza
stansiyası ilə 2,3 milyondan çox abunəçiyə yüksəkkeyfiyyətli xidmət göstərir.
"Azerfon”
şirkəti ("Nar” ticarət nişanı) 21 mart 2007-ci ildə fəaliyyətə başlayaraq qısa
bir müddətdə Azərbaycanda telekommunikasiya və mobil rabitə sahəsinin aparıcı
şirkətlərindən birinə çevrilib. "Nar” ticarət nişanı Azərbaycanın zəngin mədəni
və tarixi irsinin çağdaş həyatla bağlılığının rəmzi olaraq seçilib. "Nar”
ölkədə ilk dəfə olaraq 3G texnologiyasını təqdim edib və geniş 4G şəbəkəsini
abunəçilərinin istifadəsinə verib. 2017-ci ildə "Nar” zəng
xidmətlərinin keyfiyyətinin yüksəldərək "HD-Voice” xidmətini tətbiq etmiş və həmin ildə keçirilmiş
mobil rabitə şəbəkələrinin müqayisəli testlərinə əsasən "Nar” şəbəkəsi mobil
zəng xidmətlərinin göstərilməsi üzrə ölkədə ən yüksək nəticəyə nail olmuşdur.
Sınaqları test xidmətləri üzrə müstəqil beynəlxalq şirkət olan "P3
Communications” keçirmiş və sınaq metodologiyası əhatəli xidmətlər üzrə müştəri
təcrübəsinə əsaslanmışdır.
Xəbər 318 dəfə oxunub.