Rayon İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşdü  - FOTOLAR

Rayon İcra Hakimiyyətinin başçısı 3-cü Alatavada sakinlərlə görüşdü  - FOTOLAR

Nəsimi rayon İcra Hakimiyyətinin başçısı Asif Əsgərov 3-cü Alatavada aparılan abadlıq-quruculuq işlərinin gedişi ilə  tanış olmuş, sakinləri narahat edən məsələlərlə maraqlanmış, onların müraciətlərini dinləmişdir.
Görüş zamanı bildirilmişdir ki, Bakı şəhərində aparılan genişmiqyaslı abadlıq-quruculuq işləri çərçivəsində Nəsimi rayonu ərazisində də küçə və parkların, məhəllə və binaların abadlaşdırılması işləri  uğurla həyata keçirilir. Görülmüş işlərin davamı olaraq 3-cü Alatava yaşayış sahəsində kommunikasiya xətləri təmir edilmiş, məhəllədaxili yollara yeni asfalt örtüyü vurulmuşdur. Hal-hazırda yaşayış sahəsində abadlıq işləri davam etdirilir.
Görüşdə sakinlərin qaldırdıqları məsələlərin həlli ilə bağlı rayon İcra Hakimiyyəti Başçısı Aparatının, Mənzil-Kommunal Təsərrüfatı Birliyinin, kommunal xidmət sahələrinin  məsul şəxslərinə müvafiq tapşırıqlar verilmiş, qaldırılan məsələlər həll olunmuşdur.






Xəbər 405 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR