Ramaldan Abbas Bağırova barışıq jesti - FOTO

Ramaldan Abbas Bağırova barışıq jesti - FOTO

Müğənni Ramal İsrafilov yeni paylaşımı ilə təəccübləndirib.

Aktual.az axşam.az-a istinadən bildirir ki, sənətçi bir vaxtlar solisti olduğu "A-trio" qrupunun videosunu yayımlayıb və illərdir küsülü olduğu Əməkdar artist Abbasov Bağırovu işarələyib.
"A-trio" qrupumuz. Gözəl günlər idi: Abbas bağırov, Vüsal Hacıyev", - Ramal paylaşımında qeyd edib. Onun bu hərəkətinin Abbasa qarşı barışıq addımı, yoxsa, sənətçilərin artıq küsülülüyə son qoyduğuna işarə olması ilə bağlı suallar doğurub.
Qeyd edək ki, Ramalla Abbas arasındakı qalmaqal "Aləm gözəl" mahnısından sonra başlayıb. Ramal mahnını özü bəstələdiyini deyib. Abbas isə onun bəstəkarı kimi Anar Məmmədovu göstərib. Həmin hadisədən sonra müğənnilər bir-birinin ünvanına hər dəfə qalmaqallı ifadələr işlədiblər.
Xəbər 576 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR