"Radikal müxalifət uzun müddətdir mühacir biznesi, həm də siyasi məhbus alverilə məşğul olur”


Xəbər verildiyi kimi, Almaniya polisi bir qrup azərbaycanlını mühacir alveri və saxta sənəd hazırlamağa görə həbs edib. Belə  ki, Almaniya polisi ölkənin Nidersaksen, Şlezviq-Holşteyn, Bremen, Şimali Reyn Vestfaliya, Bradenburq və Reynland-Pfalts əyalətlərində 38-dən çox ev və iş yerlərində yoxlama aparıb, nəticədə miqrant alveri ilə məşğul olan azərbaycanlılardan ibarət dəstə saxlanılıb. Onların da əksəriyyəti radikal müxalifəti təmsil edən nümayəndələrdir.

 

Bu adamlar  azı 20 nəfəri Almaniyada 1000-3000 avro müqabilində siyasi sığınacaq alacaqları adı ilə aldadıblar. Bu fonda siyasi mühacir adı altında Almaniyaya sığınmış bir qrup radikal müxalifətçinin  aşkar kriminal əməlləri fonunda müxaliflərin əməllərində cinayətə də geniş yer verdyini demək olarmı? Çünki ordakılar buradakı müxalifət partiyaları ilə sıx əlaqədədirlər.

 

Bununla bağlı Aznews.az saytına acıqlama verən BAXCP sədrinin müavini , QHT sədri Niyaməddin Orduxanlı bildirdi ki, Almaniyada baş verən olaylar radikal müxalifətin kriminal fəaliyyətlə məşğul olduğunun göstəricisidir: "Radikal müxalifətin mühacir biznesilə məşğul olması məsələsini ilk dəfə 2016-cı ildə şəxsən özüm ictimailəşdirmişəm. Sənədlər, faktlar, onların verdiyi arayışlar əsasında bunu hələ o zaman ictimaiyyətə çatdırmışdım. Bu günə qədər həmin məlumatı on minlərlə şəxs oxumuşdu. Əli Kərimlinin təsiri altında olan və Hollandiyada yaşayan Fikrət Hüseynlinin müəyyən məbləğ müqabilində saxta partiya arayışları verməsinə o zaman mediada böyük diqqət ayırmışdı. Yəni bunu deməkdə məqsədim odur ki, mühacir biznesiniə radikal müxalifət bir neçə il bundan öncə başlayıb. Konkret olaraq icazəli, icazəsiz mitinqlərdə polislə şəkil şəkdirib və sonra Avropaya gedib sığınacaq almaq istəyən şəbəkə fəaliyyət göstərir. Onların da buradakı radikal müxalifətlə həmin qüvvələrin xaricdəki nümayəndələri arasında əməkdaşlığı var idi. Onların satdığı saxta partiya arayışı nəticəsində 100 minlərlə avro "qazanc” əldə ediblər. İndi də Almaniya polisi həmin məsələni araşdıraraq mühacir biznesilə məşğul olan bir qrupu həbs edib. Belədə, Avropa ölkələrinin polisi də xaricdə yaşayan həmin radikal müxalifət təmsilçilərinin cinayətlə məşğul olduğunu təsdiq edir. Müsavat partiyasının da Əli Kərimli kimi bu biznesdən qazandığı bəlli idi. 

 

Proses ciddi şəkildə araşdırılsa, Əli Kərimlinin dəstəsinin də saxta fəaliyyətləri üzə çıxacaq. Mənəviyyatdan kənar olan bu insanlar yüzlərlə adamı belədə öz tələlərinə salıb, aldadıb. Bildiyim qədər bununla bağlı Azərbaycan hüquq-mühafizə orqanlarında da istintaq prosesi aparılır. Digər paralel məsələ isə siyasi məhbus alverilə bağlıdır ki, günün birində bu məqamda olan çirkin əməllər də üzə çıxacaq. Hərəsi əlinə bir kağız alıb, cinayət törətmiş insanları siyasi məhbus adı ilə beynəlxalq təşkilatlara təqdim edir. Bu məsələyə də qazanc  mənbəyi kimi baxırlar. Beləliklə radikal müxalifət həm mühacir biznesi, həm də siyasi məhbus alverilə paralel məşğul olur. Onun müqabilində pul alıb xarici təşkilatlara təqdim edirlər ki, öz hesabatlarını hazırlayarkən  Azərbaycan hökumətinə təzyiq metodu kimi istifadə etsinlər. Yəni dövləti cinayətdə ittiham olunan şəxsləri onlar pul müqabilində siyasi məhbus kimi təqdim edirlər. Bu müstəvidə əminəm ki, günün birində radikal müxalifətin siyasi məhbus alverilə məşğul olduqları ilə bağlı da faktlar ortaya çıxacaq.

 

Avropa ölkələrinin hüquq-mühafizə orqanları kifayət qədər araşdırıb, Azərbaycana sorğular göndərib və onun əsasında da müəyyən ediblər ki, mühacirətə gələnlərin əksəriyyəti sadəcə, şəxsi maraqdan irəli gələrək buna can atır. Düşünürəm ki, bu prosesi Azərbaycan hüquq-mühafizə orqanları da nəzarətə götürməli, istintaq aparmalıdır. Bu işdə kimlər ki, cinayət törədib, saxtakarlığa yol verib, hökmən məsuliyyətə cəlb edilməlidirlər”.

Niyaməddin Orduxanlının sözlərinə görə, bir qrup Avropda məskunlaşdırılan söyüş ritorikasının başında duran şəxslərin hər biri də zaman-zaman Azərbaycana təhvil veriləcək:” Mənəviyyatı olmayan, insanlıqdan kənar bir necə adam da öz layiqli cəzalarını alacaq. İlahi ədalət var. Bu şəxslər ən yaramaz yollara əl atıblar və atmaqdadılar. Bunlar əmin olsun ki, etdikləri əxlaqsızlığa görə, bir gün mütləq şəkildə qanun qarşısında cavab verəcəklər!”

Xəbər 382 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR