Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir - ARAŞDIRMA

Quşlar təyyarələr üçün ən böyük təhlükə mənbəyidir - ARAŞDIRMA

Azərbaycanın Müdafiə Nazirliyibu günlərdə "MİQ-29” təyyarəsinin qəzaya uğramasının səbəblərinədair məlumat yayıb. Bildirilib ki, qəzanın səbəbi havada quş sürüsü ilə toqquşma olub.


Təəssüf ki, təyyarələrin məhz quşlarla toqquşması üzündən qəzaya uğraması heç də nadir hadisə deyil, üstəlik son vaxtlar belə qəzaların sayı getdikcə artır.

"Report” xəbər verir ki, İCAO-nun (İnternational Civil Aviation Organization – Beynəlxalq Mülki Aviasiya Təşkilatı) məlumatına görə, 2001-2007-ci illərdə42508belə hadisə qeydə alınıb.

Ekspertlərə görə, dünyada kommersiya təyyarələrinin quşlarla toqquşmaları nəticəsində dəyənziyanın illik məbləği1,2milyard dollara yaxındır.

Bu cür toqquşmalar zamanı təyyarələrin zədələnməsi onların yüksək sürəti ilə bağlıdır. Belə ki, zərbənin gücü sürət fərqinin kvadratına mütənasibdir. Məsələn, 320 km/saat sürətilə gedən təyyarə quşla toqquşsa, zərbənin gücü 3200 kilo/sm2-a yaxın, 690 km/saat sürətdə isə 30 millimetrlik mərminin zərbəsindən 3 dəfə çoxdur. Üstəlik təyyarənin məhz ön hissəsində pilot kabinasının şüşələri və turbo reaktiv mühərrik kimi həssas nöqtələr var.

ABŞ-da fəaliyyət göstərən Quşlarla Toqquşmalar Komitəsinin (Bird Strike Commettee USA) məlumatına görə, 1988-ci ildən etibarən təyyarələrin quşlarla toqquşmaları nəticəsində200-dənçox adam həlak olub. Pentaqonun məlumatına görə, hərbi dəniz, hərbihava vədəniz piyadaları bazalarında hər il quşlarla3 minədəktoqquşma qeydə alınır. Pilotlar üçün təhlükə yaradan, bahalı avadanlığın xarab olmasına səbəb olan belə hallara Bird/Wildlife Aircraft Strike Hazard (BASH), yəni Quşlar/Yaban Həyatla Təyyarələrin Toqquşma Risqi adı verilib.

Bu il mayın 7-də dəniz piyadaları korpusunun Yaponiyadakı İvakuni hava limanından qalxan beşinci nəsil "F-35 Joint Strike” tipli qırıcı təyyarənin quşla toqquşması nəticəsində azı2 milyon dollarməbləğində maddi ziyan dəyib. Bu hadisə texnologiya sarıdan hətta ən modern təyyarənin belə bu cür adi hallar üzündən sıradan çıxa biləcəyinə əyani misaldır.

Bu il iyunun 30-da Hindistanın Həryana ştatının Ambala şəhərindəki hava bazasından "Jaguar” tipli qırıcı bombardmançı təyyarənin havaya qalxmasından sonra quş sürüsü ilə toqquşması nəticəsində mühərriklərdən biri sıradan çıxıb. Pilot təlim sursatı olan konteynerləri və asma yanacaq çənlərini təcili açaraq yerə atmalı olub ki, onlar yerə düşərkən partlayıb.

Ötən ilin may ayında Aralıq dənizi üzərində Rusiyaya məxsus qırıcı təyyarənin mühərrikinə quşun düşməsi nəticəsində qəzaya uğraması zamanı hər2 pilotölüb. Həmin il avqustun 21-də İsveçin cənubunda "Jas 39 Gripen” tipli qırıcı təyyarə də quşla toqquşaraq qəzaya uğrayıb.

Xəbər 482 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR