Quş qripi ilə əlaqədar Azərbaycan daha iki ölkəyə qadağa qoydu

Quş qripi ilə əlaqədar Azərbaycan daha iki ölkəyə qadağa qoydu

Finlandiya və Çexiyanın bəzi bölgələrindən diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Aktual.az bildirir ki, bu barədə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən məlumat verilib.

Bildirilib ki, Finlandiya Respublikasının Cənubi Finlandiya və Çexiya Respublikasının Plzen inzibati ərazi vahidlərində yüksək patogen quş qripi xəstəliyi qeydə alındığından bu ərazi vahidlərindən bütün növ diri quş və quşçuluq məhsullarının idxalına müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə Finlandiya və Çexiya respublikalarından gələn, yaxud bu ölkələrdən tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə müraciət olunub.
Xəbər 234 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR