Qurban bayramında "Səhliyalı" firmasından əhaliyə XOŞ XƏBƏR - FOTO/VİDEO

Qurban bayramında

Ət və ət məhsulları sahəsində illərdir liderliyini qoruyub saxlayan "Səhliyalı" firması Qurban bayramına da xüsusi hazırlaşıb.

Şirkət bayram günlərində qurbanlıq heyvan kəsdirmək istəyən bütün vətəndaşlara təmənnasız xidmət göstərəcək. "Halal Nemət Min Bərəkət" əmtəə nişanı ilə tanınan "Səhliyalı" şirkətində fəaliyyət göstərən kəsim sexində heyvanlar İslam qayda-qanunlarına uyğun olaraq  əllə kəsilir. Heyvanlar kəsimə göndərilməmişdən öncə baytarlar tərəfindən müayinə olunur. Ən əsası isə burada kəsilən ətlər Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi tərəfindən yoxlanılaraq möhürlənir.

Ətlər istehsalata buraxılmadan öncə labaratoriyaya göndərilərək müayinədən keçirilir.

Şirkətin dönər sexində dönər əti Türkiyədən dəvət olunan mütəxəsislərin nəzarəti altında xüsusi texnologiyalar vasitəsi ilə hazırlanır. Dönər istehsalında istifadə olunan xammal yerli istehsalçılardan olan "Səba" firmasından alınır. Hər gün alınan təzə toyuq əti emal olunaraq istehsalata verilir.

"Halal dönər" məhsulunun xüsusi özəllikləri var. Belə ki, bu gün hazırlanan dönər 1 və ya 10 il sonra da eyni standartla və eyni keyfiyyətlə hazırlanacaq. Almaniyadan gətirilən son texnologiya ilə ətlər standart- 2.5 millimetr qalınlığında açılır və ət daşıma qazanlarına qoyulur. Müəyyən edilmiş miqdarda ədviyyatlar vurulduqdan sonra ətlər "Thumbler” adlı vakumlu, soyuduculu masaj apartına qoyulur. Aparatda təxminən 1,5 saat saxlanılan ədviyyatlı ətlər "Thumbler”in içərisindən çıxarılır və bloklama yerinə aparılır.
Daha sonra həmin ətlər paketlənir və qutulara yığılaraq -18 dərəcədə anbarlarda saxlanılır. Gələn sifarişlər əsasında "halal dönər”lər soyuducusu olan nəqliyyat vasitələri ilə istənilən ərazilərə çatdırılır. Bununla da məhsulun saxlanması üçün nəzərdə tutulan temperatur halqası qırılmamış olur. Xüsusi reseptlə hazırlanan "Halal dönər"in digərlərindən fərqi uzun müddət saxlanıla bilməsidir. 

Dönərdə istifadə olunan dana və qoyun ətləri şirkətin mal-qara kəsim müəsisəsində HALAL üsulla kəsilən 1-ci kateqoriyalı heyvanlardan emal olunur.
Xüsusi vurğulamaq lazımdır ki, şirkətin direktoru Faxrəddin Bəşirov məhsulun istehsal prosesinə şəxsən nəzarət edir. Onun nəzarəti altında yoxlamalar təşkil edilir.

Qeyd edək ki, avqust ayının 22 və 23-ü Qurban bayramı münasibəti ilə "Səhliyalı" firması qurbanlıq kəsmək istəyən bütün vətəndaşlara təmənnasız xidmət göstərəcək. Bundan əlavə şirkət heyvandarlıqla məşğul olan bütün fermerləri əməkdaşlıq etməyə dəvət edir.
 

 
Xəbər 760 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR