Qüdrət Həsənquliyev: “Pensiya yaşını aşağı salaq ki, kişilər 2-3 il pensiya ala bilsin”

Qüdrət Həsənquliyev: “Pensiya yaşını aşağı salaq ki, kişilər 2-3 il pensiya ala bilsin”

Deputat Qüdrət Həsənquliyev parlamentdəki büdcə müzakirələrində dedi ki, hökumət haraya nə qədər xərclədiyi Milli Məclisə hesabat vermir.

"Bu, Milli Məclisə hörmətsizlikdən qaynaqlanır, yoxsa hökumət sadəcə parlamentə məlumat vermək istəmir? Mən elə fikirləşmək istəmirəm ki, hörmətsizlikdən irəli gəlir, görünür hara, nə qədər xərclənəcəyi əvvəlcədən proqnozlaşdırıla bilmir. Mən öyrəndim ki, büdcə qalığı artıq 4 milyarda çatıb”-deputat bildirdi.
Böyük Qayıdışla bağlı Prezidentin imzaladığı Sərəncamdan bəhs edən Q.Həsənquliyev dedi ki, qayıdışla əlaqədar çəkilən xərclər də açıqlanmalıdır: "Biz büdcənin gəlirlərini artırmaq barədə düşünməliyik. Azərbaycan dövlət büdcəsinin gəlirləri 30 milyard 720 milyondur, bunun da 11 milyardı Neft Fondundan transferdir”.

Deputat vergi və rüsumlarla bağlı çoxsaylı güzəştlərin edilməsini düzgün saymadı, iri şirkətlərin ödədiyi vergilərin aşağı həddə olduğunu bildirdi: "Əslində bu güzəştlər uşaq paltarlarına, uşaq qidalarına olmalıdır”.

Q.Həsənquliyev digər mühüm məsələyə də toxundu və konkret təklif verdi: "Bu yaxınlarda Dövlət Statistika Komitəsinin məlumatını oxudum ki, ölkə üzrə 47 faiz kişilər 65 yaşa çatır. Bu, ciddi rəqəmdir. Biz gərək pensiya yaşını aşağı salaq ki, kişilər heç olmasa 2-3 il pensiya ala bilsinlər”.


Xəbər 1288 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR