Qüdrət Həsənquliyev Göyçayda seçicilərlə görüşüb

Qüdrət Həsənquliyev Göyçayda seçicilərlə görüşüb

Bu gün Göyçay rayon Mədəniyyət Evində prezidentliyə namizəd, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev seçicilərlə görüşüb.
Görüşü giriş sözü ilə açan BAXCP sədrinin müavini, BAXCP-nin səlahiyyətli nümayəndəsi Elçin Mirzəbəyli Qüdrət Həsənquliyevin siyasi partiya sədri və millət vəkili kimi fəaliyyətindən danışıb.
Daha sonra prezidentliyə namizəd Qüdrət Həsənquliyev seçicilərə seçki platformasının əsas istiqamətləri barədə məlumat verib.
BAXCP sədri vətəndaşların seçkilərdə fəal iştirakının demokratik proseslərin inkişafı və vətəndaş mövqeyinin ifadə olunması baxımından mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb.
Qüdrət Həsənquliyev ölkədə qanunun aliliyinin təmin edilməsi üçün hüquqi islahatların aparılmasının vacibliyini qeyd edib. 
Prezidentliyə namizəd seçicilərin etimadını qazanacağı təqdirdə qəbul edəcəyi ilk qərarların məhkəmə-hüquq sistemi ilə bağlı olacağını bildirib.
BAXCP sədri ölkədə kiçik və orta sahibkarlığın inkişafı üçün vergi siyasətinin çevikliyinin vacibliyini vurğulayıb və konkret nümunələr gətirib. Prezidentliyə namizəd qeyd edib ki, ölkənin qeyri-neft sektoruna xarici investisiyaların cəlb edilməsi üçün vergilər azaldılmalıdır. Qüdrət Həsənquliyev Neft Fondunun vəsaitlərinin bir hissəsinin yerli kommersiya banklarında saxlanılması və sahibkarlığın inkişafına yönləndirilməsinin ölkənin iqtisadi inkişafı və əhalinin məşğulluğu üçün mühüm əhəmittət daşıya biləcəyini bildirib.
Qüdrət Həsənquliyev çıxışında Qarabağ probleminin həlli yollarından, ordu quruculuğu prosesindən, vətəndaş cəmiyyəti quruculuğundan və digər məsələlərdən də danışıb.
Görüşün sonunda BAXCP sədri seçicilərin suallarını cavablandırıb.
Xatırladaq ki, Göyçaya səfəri zamanı prezidentliyə namizəd Qüdrət Həsənquliyevi partiyanın baş katibi Yaşar Kələntərli, sədr müavinləri Elçin Mirzəbəyli və Niyaməddin Orduxanlı müşayiət ediblər.
Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR