Qüdrət Həsənquliyev: “25 yaşlı şəxs, hüquqi təhsili də yoxdursa, tərəflər arasında necə vasitəçilik edə bilər?”

Qüdrət Həsənquliyev: “25 yaşlı şəxs, hüquqi təhsili də yoxdursa, tərəflər arasında necə vasitəçilik edə bilər?”

Milli Məclisin plenar iclasında "Mediasiya haqqında” qanun layihəsi müzakirə olundu. Layihə barədə komitə sədri Əli Hüseynli məlumat verdi.

Deputat Qüdrət Həsənquliyev bildirdi ki, layihə komitədə müzakirə olunanda bəzi məqamlara iradlarını bildrimişdi: "Mənə deyilmişdi ki, ayrı-ayrı məsələlər nəzərə alınacaq. Amma indi qanun layihəsi ilə tanış olanda məlum oldu ki, o məsələlər öz əksini tapmayıb”.
Deputat bundan sonra onu narahat edən məsələlərdən bəhs etdi, dedi ki, tərəflər məhkəməyə müraciət etməmişdən əvvəl mütləq mediasiyada iştirak etməlidirlər: "Bu, zəruri, vacib tələb kimi qanun layihəsində nəzərdə tutulub. Belə olduğu halda, mediasiya xərcləri ilə bağlı məsələyə aydınlıq gətirilməlidir. Mediasiya xərclərinə təkcə rüsumdan ibarət deyil, buraya yol xərcləri, yemək, yaşayış, vəkil xərcləri də daxildir. O halda bu xərclər kim tərəfindən ödəniləcək, bunlar açıq qalır”.
Q.Həsənquliyev dedi ki, əgər biz bu qurumu formal olaraq yaratmırıqsa, məhkəmə işlərinin əhəmiyyətli dərəcədə azalmasını istəyiriksə, onda elə etməliyik mediatorlar vasitəçi kimi, ağsaqqallıq edib barışa nail ola bilsinlər: "Amma tələblər nədən ibarətdir: ali təhsilli olmalı, 25 yaşı tamam olmalı, ən azı 3 illik iş stajına malik olmalıdır. 25 yaşında şəxs, onun hüquqi təhsili də yoxdursa, o, necə tərəflər arasında vasitəçilik edə bilər? Əgər onun özü qanunvericiliyi bilmirsə, tərəflərə hüquq və vəzifələrini necə izah edə bilər?”
Deputat bu fəaliyyətlə məşğul olacaq şəxslərin hüquqşünaslardan seçilməsini, hüquqi təcrübəyə malik olmasını və yaşının 30-dan yuxarı götürülməsini də təklif etdi: "Keçmiş vəkillər, yaxud hüquq-mühafizə orqanlarında işləyən şəxslər mediator olmalıdır. Əks halda, biz kimlər üçünsə iş açmaqdan ötrü vətəndaşların üzərinə yük qoyacağıq”. //Musavat.com
 
Aktual.az


Xəbər 703 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR