Qonşuların torpaq davası qətllə bitdi - MƏHKƏMƏ

Qonşuların torpaq davası qətllə bitdi - MƏHKƏMƏ

Gəncədə qonşusunu qətlə yetirməkdə təqsirləndirilən Akif Hüseynovun cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

Aktual.az "Report"a istinadən xəbər verir ki, cinayət işi baxılması üçün Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Məhəmməd Bağırovun icraatında olan iş üzrə hazırlıq iclası bu il martın 2-nə təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin oktyabr ayında Gəncə şəhərində, "Depo" adlanan ərazidə baş verib. Belə ki, ev tikintisi zamanı 1952-ci il təvəllüdlü Akif İsrəfil oğlu Hüseynovla 1989-cu il təvəllüdlü Zeynalabdin Bəndər oğlu Kərimov arasında torpaq üstündə mübahisə yaranıb, daha sonra əlbəyaxa davaya çevrilib. 67 yaşlı A.Hüseynov gənc oğlanın onu vurmasından hiddətlənib və evə gedərək qoşalülə tüfəngini götürüb. 
O, geri qayıdaraq Zeynalabdini güllələyib. 29 yaşlı Z.Kərimov hadisə yerində ölüb.
Xəbər 106 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR