QMİ nümayəndə heyəti yenidən Səudiyyə Krallığına gedib

QMİ nümayəndə heyəti yenidən Səudiyyə Krallığına gedib

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) nümayəndə heyəti Azərbaycandan bu il Həcc ziyarətinə yola düşəcək zəvvarların səfəri ilə bağlı Səudiyyə Ərəbistanı Krallığının Həcc Nazirliyi ilə yaranan anlaşılmazlığı müzakirə etmək üçün yenidən bu ölkəyə yola düşüb.

QMİ-dən "Report”a verilən məlumata görə, nümayəndə heyətinə idarənin sədr müavini Hacı Salman Musayev, Həcc şöbəsinin müdir müavini Vidadi Hüseynov və idarənin Xarici əlaqələr şöbəsinin aparıcı məsləhətçisi Vüsal Cahangiri daxildir.
Azərbaycanlı zəvvarların yerləşəcəyi otellər, onların qiymətləri, eyni zamanda digər xərclərin qiymətləri ilə bağlı yaranmış anlaşılmazlığı müzakirə edəcək nümayəndə heyəti Səudiyyə Krallığının Həcc Nazirliyinin ziyarətlə bağlı protokol iclasına da qatılacaq.
Qeyd edək ki, QMİ nümayəndə heyəti bu il yanvarın əvvəlində Səudiyyə Krallğında səfərdə olub və Azərbaycandan bu il Həcc ziyarətinə sənədlərin qəbulunun elanı fevralın 1-ə gözlənilirdi. Bu ilki ziyarətin xərcləri ilə bağlı qiymətdə artım da gözlənilir.
Xəbər 97 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR