Qlobal borc 251 trilyon dollara çatıb

Qlobal borc 251 trilyon dollara çatıb

Bu ilin I yarısında qlobal borc 7,5 trilyon ABŞ dolları artaraq yeni rekord həddə - 250,9 trilyon dollara çatıb. İlin sonuna qədər bu rəqəmin 255 trilyon dollar olacağı gözlənilir. 

"Report" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Maliyyə İnsitututu (The Institute of International Finance - IIF) məlumat yayıb. 
Məlumata görə, yarım illik artımın 60%-dən çox ABŞ və Çinin payına düşüb.
Hazırda qlobal borc dünya üzrə ümumi daxili məhsulun dəyərindən 3,2 dəfə çoxdur. 
Xəbər 704 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR