Qızılın qiyməti 1 900 dollara çata bilər  - PROQNOZ

Qızılın qiyməti 1 900 dollara çata bilər  - PROQNOZ

İsveçrənin UBS investisiya bankı bu ilin II yarısında dünya bazarında qızılın 1 unsiyasının qiyməti ilə bağlı proqnozunu 100 ABŞ dolları artıraraq 1 800 dollardan 1 900 dollara çatdırıb.

"Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Bankın qlobal aktivlərin idarəetmə bölməsinin hesabatında bildirilir.
 "UBS”-in gələn ilin I yarısı üçün qiymət proqnozu isə dəyişdirilməyərək 1 800 dollar saxlanılıb. 
"Qızıl 2020-ci ilin II yarısında ABŞ-dakı seçkilər, ABŞ-Çin gərginliyi və koronavirus pandemiyası kimi risklərə qarşı ən yaxşı investisiya vasitəsi olaraq qalacaq. Amma 2021-ci ilin əvvəllərindən qlobal iqtisadiyyatın özünü bərpa prosesinin başlayacağını proqnozlaşdırırıq” - deyə UBS-in analitikləri vurğulayıb.

Xəbər 410 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR