Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - Rəsmi cavab

Qeyri-sabit hava şəraiti nə vaxta qədər davam edəcək? - Rəsmi cavab

"Aprelin 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi gözlənilir".

Aktual.az xəbər verir ki, bunu Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva bildirib.
Onun sözlərinə görə, aprelin 25-dək havanın fasilələrlə yağıntılı olacağı gözlənilir. Aprelin 22-i axşam və 23-nə keçən gecə bəzi rayonlarda yağıntının intensiv olacağı, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.

U.Tağıyeva bildirib ki, aprelin 25-dən sonra havanın temperaturu yüksəlməyə başlayaraq iqlim normasına yaxınlaşacaq.
Xəbər 377 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR