Qeyri-sabit hava şəraiti davam edəcək - Nazirlikdən XƏBƏRDARLIQ

Qeyri-sabit hava şəraiti davam edəcək - Nazirlikdən XƏBƏRDARLIQ

 Ekologiya və Təbii Sərvətlər Nazirliyi hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib.

Milli Hidrometeorologiya Departamentindən Aktual.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında güclü küləkli hava şəraiti sentyabrın 28-i səhərədək davam edəcək.
Azərbaycanın rayonlarında sentyabrın 28-dək qeyri-sabit hava şəraiti davam edəcək.
Şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə yağışın leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın keçəcəyi ehtimalı var.
 
Aktual.az
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR