Qeyri-neft sektorunda artım sürətlənib

Qeyri-neft sektorunda artım sürətlənib

Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib.
 
Aktual.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "Twitter" səhifəsində məlumat verib.
 
"Bu ilin yanvar-avqust aylarında ÜDM əvvəlki ilin müvafiq dövrünə nisbətən 5,8% artaraq 84 mlrd. 880,4 mln. manat, qeyri-neft-qaz sektoru üzrə isə 10,3% artaraq 43 mlrd. 303,5 mln. manat olub. Qeyri-neft-qaz sektorunda artım əvvəlki illə müqayisədə sürətlənib. Bu sektorda ÜDM ötən ilin həmin dövründə 2020-сi ilin yanvar-avqust aylarına nisbətən cəmi 5,7% artmışdı", - M.Cabbarov qeyd edib.


Xəbər 596 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR