"Qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətmişəm" - Rəşad Dağlının İFADƏSİ


Xəbər verdiyimiz kimi, bu gün səhər saat 5 radələrində tanınmış meyxanaçı Rəşad Dağlı (Əmirov) qonşusu İsgəndər Mehtiyevi bıçaqlayaraq qətlə yetirib. Meyxanaçı qətli törətdikdən sonra özü polisə təslim olub.
 
Məlumata görə, Rəşad Dağlı polisə verdiyi ifadədə aralarında məişət zəminində mübahisə baş verdiyini bildirib və qətli şüurlu şəkildə, öldürmək məqsədilə törətdiyini etiraf edib.
 
Qaradağ Rayon Prokurorluğu yaydığı məlumatda 1984-cü il təvəllüdlü Rəşad Əmirovun şəxsi münasibətlər zəminində aralarında yaranan münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək İskəndər Mehtiyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edildiyi bildirilib.
 
Qeyd edək ki, faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.(sfera.az)

Xəbər 251 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR