"Qərbi azərbaycanlılar Əli İnsanova dəstək vermədi”


"Əli İnsanovun elan etdiyi "partiya”nın təşkilat komitəsinin tərkibinə baxdıqda, açıq-aşkar görünür ki, ona dəstək verənlər kimdir”. 

Bunu açıqlamasında BAXCP sədrinin müavini, QHT rəhbəri , politoloq Niyaməddin Orduxanlı deyib. 

Partiya təmsilçisi bildirib ki, 15 nəfərin içində bir nəfərdən başqa demək olar ki, heç kim siyasi-ictimai həyatda tanınmır: 

"5-10 nəfər nüfuzu olmayan adamları başına yığaraq "partiya” yaratdığını elan edib. Əli İnsanov hər çıxışında Qərbi azərbaycanlıların onu dəstəklədiklərini iddia edirdi. Ancaq təşkilat komitəsinin tərkibinə nəzər yetirdikdə bunun yalan olduğu üzə çıxır. Mən özüm Qərbi Azərbaycandanam və əminliklə deyirəm ki, qərbi azərbaycanlılar Əli İnsanovu dəstəkləmir. Bölgə əhalisinin sevgisi və dəstəyi hər zaman əvvəlcə Ulu Öndər Heydər Əliyevə olub, indi isə cənab Prezident İlham Əliyevədir. Bunu kimsə inkar edə bilməz!

100 Əli İnsanov kimi adamlar olsa belə, bu bölgənin nümayəndələri cənab Prezident İlham Əliyevi dəstəkləyir. Mən Abşeron rayonun Mehdiabad qəsəbəsində yaşayıram. Qəsəbənin 50 minə yaxın əhalisi var. Hamı da bilir ki, qəsəbə əhalisnin 90% qərbi azərbaycanlılardı. 1995-ci ildə Heydər Əliyevin çağrışı ilə Mehdiabad qəsəbəsinin minlərlə sakini Prezidetn Aparatının qarşısına toplaşdı. Həta şəhid anaları ayaqyalın Heydər Əliyevin çağrışına dəstək verdilər. Heydər Əliyevin yanında xalq müraciət etdilər ki, biz vətənimizi qorumaq üçün digər övladlarımızı da şəhid verməyə hazırıq. Cənab Prezident İlham Əliyev Abşerondan hər zaman çox yüksək səs qazanıb. Qərbi azərbaycanlıların 90% yuxarı İlham Əliyevə səs verib. Bütün bunlar real həqiqətdir! Bu gün isə siyasətlə məşğul olmayan vətəndaşlar belə Ə.İnsanova rəğbət bəsləmirlər. Bu da təbiidir, çünki o adam boğazına qədər korrupsiyaya bulaşıb. Daim insanlara yuxarıdan-aşağı baxıb, onları təhqir edib. Hər zaman özünü "padşah” kimi aparıb. Səhiyyəni bərbad günə qoyub. Belə bir şəxsin Azərbaycan cəmiyyətində nüfuz qazanması qeyri-mümkündür. Əli İnsanovun ictimai şüurda çox mənfi obrazı var. Ona qarşı haqlı ikrah formalaşıb. Ə.İnsanov səhiyyə naziri olan dövrdə xəstəxanalar acınacaqlı vəziyyətdə idi. Hamısı rüşvət yuvasına çevrilmişdi. BMT-nin Azərbaycana göndərdiyi neçə milyonluq humanitar yardım məhz Əli İnsanov tərəfindən mənimsənilib. Pulsuz verilməli olan dərmanlar satılırdı”. 

Niyaməddin Orduxanlının sözlərinə görə, belə bir şəxsin təsis etdiyi partiyanın perspektivi yoxdur və ola da bilməz: 

"Əli İnsanov heç zaman uğur qazana bilməyəcək. Onun məqsədi regional faktordan öz çirkli məqsədləri üçün istifadə etmək idi. Ancaq buna qətiyyən nail ola bilməyəcək. Sosial şəbəkədə Əli İnsanovun partiya yaratdığını elan etməsi lağlağı obyektinə çevrildi. Bu da onu göstərir ki, ictimaiyyət Ə.İnsanova ciddi yanaşmır və ona münasibəti çox kəskindir. Ümumiyyətlə, özünə hörmət edən şəxs heç vaxt ona dəstək verməz. Ətrafındakı adamlar da bir müddət sonra ondan uzaqlaşırlar. Onun hədsiz simic olduğunu, vəsait xərcləməyi xoşlamadığını etiraf edirlər. Həqiqətən də o adam ancaq rüşvət almaqla, sərvət yığmaqla məşğul olub, heç zaman kiməsə yardım etməyib. Bir daha bildirmək istəyirəm ki, İnsanov ətrafındakı adamlara qul, nökər kimi baxır. ”.

BAXCP sədrinin müavini Niyaməddin Orduxanlı Əli İnsanovun çox təhlükəli çıxışını da qeyd etdi:” Əli İnsanov türmədən çıxan kimi bəyan etdi ki, Azərbaycan Qarabağ məsələsini yalnız sülh yolu ilə həll etməlidir. Bu Qərbə və güclü erməni diasporasına İnsanovun çağrışı idi. Demək istəyir ki, nəyin bahasına olur olsun, onu hakmiyyətə gətirin. Qarabağı sülh yolu ilə ermənilərə verim. Bu adam hakmiyyətə gəlmək üçün erməniyə də dayı deməyə hazırdı. Qisasçılıq hissi ilə alışıb yanan adamdan heç zaman rəhbər olmaz!”
Xəbər 1152 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR