“Qərb Liviyadakı kimi, Venesuelanın təbii ehtiyatlarını ələ keçirmək istəyir” – Maduro

“Qərb Liviyadakı kimi, Venesuelanın təbii ehtiyatlarını ələ keçirmək istəyir” – Maduro
  • DÜNYA

Venesuelanın müstəqillik və suverenliyini humanitar yardım göndərmək bəhanəsi altında məhv etməyə çalışırlar.

"Report” TASS-a istinadla xəbər verir ki, bunu cümə günü jurnalistlərə ölkə prezidenti Nikolas Maduro deyib.
"Ölkənin müstəqillik və suverenliyini humanitar yardım göndərmək bəhanəsi altında məhv etməyə çalışırlar. Ölkəmizdə sabitliyi pozmaq istəyirlər, lakin bu onlara uğur gətirmədi”, – deyə o bildirib.
Prezident qeyd edib ki, Qərb Liviyada olduğu kimi, Venesuelanın təbii ehtiyatlarını ələ keçirmək üzrə planını həyata keçirməyə cəhd göstərir.
"Venesuela üçün hazırlanmış plan az-çox Liviya ilə etdiklərinə bənzəyir. Məqsəd onun təbii ehtiyatlarını ələ keçirməkdir”, – deyə dövlət başçısı bildirib.
Maduronun sözlərinə görə, ölkənin daxilinə "beşinci kolonna” yeridilib, lakin onlar Suriya və Liviyada olduğu kimi buna nail ola bilmədilər.
"Biz imkan verməyəcəyik ki, onlar Venesuelada terror qruplaşmaları yaratsınlar”, – deyə prezident vurğulayıb.
Maduro bildirib ki, heç bir halda humanitar yardım göstərmək bəhanəsi altında dövlətin sərhədlərini pozmağa imkan verməyəcək.
"Biz heç bir halda sərhədlərimizin pozulmasına imkan verməyəcəyik”, – deyə o söyləyib.
Xəbər 302 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR