Millət vəkili Q.Paşayeva AŞPA-da erməni
deputatlara sərt cavab verib və AŞPA-nı işğalçı Ermənistana təzyiq göstərməyə
çağırıb.
Millət vəkili, AŞPA-nın Azad Demokratlar Qrupunun
vitse-prezidenti Q.Paşayeva AŞPA-da məruzəçi Frank Şvabenin hazırladığı "Avropa
Şurası və BMT-nin insan haqlarına monitorinq qurumları tərəfindən "boz
zonalar" daxil olmaqla üzv-dövlətlərə qeyri-məhdud çıxış” adlı məruzəsinin
müzakirəsində çıxış edən və Azərbaycan əleyhinə yalanlarla çıxış edən işğalçı
Ermənistan heyəti üzvlərinin Azərbaycan, Qarabağ problem ilə bağlı yalanlarına
sərt cavab verib:
"Əziz dostlar, ilk öncə bu sənədin əleyhinə olduğumu
söyləmək istəyirəm. Səbəbləri konkret məsələlərlə açıqlayacam. Bilirsiniz ki, Azərbaycan
torpaqlarının 20 faizi 25 ildir ki Ermənistanın işğalı altındadır və rəsmi
İrəvan AŞPA, BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatların
sənədlərinə baxmayaraq bu günə qədər işğal etdiyi torpaqları işğaldan azad
etməyib. Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarında, yəni məruzəçinin "boz zona" adlandırdığı bölgələrdə etnik
təmizləmə siyasəti apararaq bütün azərbaycanlıları o ərazilərdən zorla qovub.
25 ildir ki 1 milyon azərbaycanlı məcburi köçkün həyatı yaşayaraq öz
bölgələrinə, öz evlərinə dönə bilmirlər. Yəni Ermənistanın işğal etdiyi Azərbaycan
torpaqlarında, Dağlıq Qarabağ və ətraf bölgələrdə vəziyyət Abxaziya, Cənubi
Osetiya, Dnestyanı və Krımdan çox fərqlidir. Çünki bir daha vurğulayıram ki,
Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında bir nəfər də olsun
azərbaycanlı yaşamır. Orada sadəcə separatçılar, terrorçular, Ermənistan
ordusu, əsgərləri var. Yəni məruzəçinin boz zona adlandırdığı həmin bölgələrdə
1 milyona yaxın azərbaycanlı qaçqın və məcburi köçkünlərin hüquqlarını pozanlar
yaşayır. Beynəlxaq insan haqları müdafiəçilər, BMT, AŞPA təmsilçiləri
Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün həyatı yaşayan köşkünlərlə
görüşməlidir, böz bölgədə onları köçkün salan işğalçılarla, separatçılarla,
terrorçularla, əsgərlərlə deyil. Digər tərəfdən Azərbaycan dövlətinin işğal altında
olan ərazilərinə Azərbaycanın icazəsi olmadan səfərlər etmək həm beynəlxalq
sənədlərə həm də Azərbaycan qanunverciliyinə ziddir. Amma siz Azərbaycan xarici
işlər nazirliyinin səhifəsində Azərbycan dövlətinin icazəsi olmadan onun işğal
altında olan ərazilərinə, yəni boz zonalara səfər edənlərin adlarına və
saylarına bax bilərsiniz. Onların çoxu Avropa Şurası üzvü ölkələrinin
təmsilçiləridir və onların işğal altında olan ərazilərdə verdiyi açıqlamalara,
fəaliyyətlərə baxsanız görərsiniz ki bunlar işğalçıya dəstək xarakteri daşıyır
və ya işğalı legitimləşdirmək mahiyyətindədir. Belə insanların arasında bu
Assambleyamızın bəzi üzvləri də olub. Amma Assambleyamız bu günə qədər onların
kobud qanun və beynəlxalq
hüquq normaları pozuntusu olan addımlarına qarşı hansı addımlar atıb. Heç bir
addım. Bütün bunlardan sonra təbii ki Azərbaycan təmsilçisi olaraq belə bir
sənədin qəbulunun gələcəkdə yarada biləcəyi ciddi problemlərdən narahatıq.
Gerçəkçi olmalıyıq. İşğal edilmiş əraziləri, "boz zonaları" nəzarətdə saxlayan işğalçı,
separatçı, terrorçu güclər bu günə qədər beynəlxalq təşkilatların, beynəlxalq
insan haqları təşkilatlarının heç bir çağırışına məhəl qoymayıbsa bu sənədin
qəbulundan sonra bu addımı atacaqlarına ümid etmək sadəlövlük olardı. Məsələn
bir neçə il əvvəl ATƏT böyük bir faktaraşdırıcı missiya yaratdı. Həmin missiya
Azərbaycanın işğal altında olan ərazilərini, boz zonaları ziyarət etdi və
məruzə hazırladı. Həmin məruzədə bölgəni işğal altında saxlayan separatçı
erməni rejiminə,işğalçı Ermənistana çağırışlar vardı. Amma Ermənistan o çağırışların
heç birinə əməl etmədi. Bundan sonra onların insan haqları üzrə nümayəndələrin
çağırışlarına əməl edəcəyinə inanmaq sadəcə mümkünsüzdür. Ermənistan işğal
etdiyi Azərbaycan torpaqlarında öz evini ziyarət üçün getmiş 2 azərbaycanlı
Dilqəm Əsgərov və Şahbaz Quliyevi girov saxlamaqda davam edir. AŞPA baş
katibinin belə çağırışlarına məhəl qoymayaraq bu günə qədər onları azad
etməkdən imtina edir. AŞPA baş katibinin çağırışlarına məhəl qoymayanların insan haqları üzrə təmsilçilərin
çağırışlarına əməl edəcəyini düşünmək sadəlövlük olardı. Ona görə də
işğalçılara qarşı mübarizəmizi sərtləşdirməliyik. Ermənistan baş naziri
Paşinyan öz oğlunu hərbi xidmətə Ermənistana deyil, işğal etdikləri Azərbaycan
bölgələrinə göndərirsə, buna qarşı ciddi addımlar atmaq lazımdır. Daha sərt mövqeyi olmalıdır
AŞPA-nın. Ona görə mən hər kəsi bu məsələyə daha geniş baxmağa və işğalçılara
qarşı sərt addımlar atmağa çağırıram. Çünki problemlərin əsas çıxış yolu məhz
budur”.
Xəbər 306 dəfə oxunub.