Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib - FOTO

Qənirə Paşayeva Turan Qurultayında Qarabağla bağlı çağırış edib - FOTO

Macarıstanda keçirilən Turan Qurultayının açılışının rəsmi tanışlıq ziyafətində çıxış edən millət vəkili Q. Paşayeva ilk öncə qardaş Macar xalqını və Türk dövlətlərini və  Türk dünyasının müxtəlif bölgələrindən gəlmiş ictimai-siyasi  xadimlər, alimlər, ziyalılar, QHT və KİV rəhbərləri, mədəniyyət xadimlərini Azərbaycandakı qardaş-bacılarınız adından salamlayıram deyib.
 
Tədbirin önəmindən danışan millət vəkili Qənirə Paşayeva çağırış səsləndirərək topluma örnək olaraq bu günkü və gələcək nəsillərə birlik və bərabərliyimizin nə qədər vacib və önəmli olduğunu daha çox anlatmalıyıq deyib. Millət vəkili Qənirə Paşayeva güc birlikdədir, bərabərliyimizi gücləndirsək gücümüz daha da artacaq və birlikdə bizə qarşı ədalətsizliklərə qarşı da daha güclü mübarizə apara bilərik deyib və bildirib ki qardaşlıq yaxşı gündə də çətin gündə də birlikdə olmaqdır. Bu düşüncəyə və birliyə gəncliyimizin daha çox sahib olması gərəkir və inanıram ki, gənclərimizin əksəriyyəti məhz bu ruh və düşüncəyə sahib olacaqlar. Millət vəkili Qənirə Paşayev çıxışında Azərbaycanın və Türk dünyasının ən böyük problemlərindən olan Qarabağ problemindən, Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlamasından da danışıb: "inşallah gələn Turan Qurultayını birlik və bərabərlik içində Ermənistanın işğalından azad edəcəyimiz Dağlıq Qarabağımızda və digər o gözəl bölgələrimizdə də birlik və bərabərlik içində qeyd edək. İnanırıq ki, o gün uzaqda deyil”. deyərək bitirib. Millət vəkili Q.Paşayeva Turan Qurultayının təşkilatçısı Macar Turan Vəqfinin rəhbəri Andraş Biroya  bu cür önəmli tədbiri təşkil etdiyi üçün Azərbaycan nümayəndə heyəti adından təşəkkür edib və "var olsun bütün Türk dövlətləri, xalqları və Turan!Allah birliyimizi, bərabərliyimizi daha da gücləndirsin. Dostlarımız sevinsin, düşmənlərimiz məhv olsun” –deyərək çıxışını bitirib. Turan Qurultayının açılışının rəsmi tanışlıq ziyafətində bir sıra Türk xalqlarının rəsmi şəxsləri, tanınmış aydınları, alimləri çıxış ediblər. Macar Turan Vəqfinin rəhbəri Andraş Biro çıxışında bu tədbirin və birliyin güclənməsinin önəmi ilə bağlı geniş çıxış edib və çıxışında Dağlıq Qarabağdan da danışaraq qardaşlıq çətin gündə də yaxşı gündə də birlikdə olmaqdır deyib və Qarabağda daxil olmaqla Türk dünyasının qanayan yaralarında hamımız qardaşlarımızın yanında olmalıyıq deyib və Azərbaycanın yanında olduqlarını vurğulayıb. Turan Qurultayında və tədbirdə  ATXƏM sədri, Mətbuat Şurasının İdarə Heyətinin üzvü İlham İsmayıl, ATXƏM-in icra katibi, "Birlik” jurnalının baş redaktoru İlqar İlkin , Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova, tibb elmləri doktoru Məlahət Qəhrəmanova , iş qadını Pərvanə Mustafayeva, tanınmış sənətçilərimiz, əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlı da iştirak edirlər. Əməkdar artist Nuriyyə Hüseynova və Şəmistan Əlizamanlının gecənin sonunda səsləndirdiyi, sözləri böyük şairimiz Əhməd Cavada, musiqisi dahi bəstəkarımız Üzeyir Hacıbəyliyə aid ola   "Çırpınırdı Qara dəniz baxıb türkün bayrağına” əsərini hər kəs bərabər ifa edib və alqışlarla qarşılanıb.  Turan Qurultayının iştirakçıları Macarıstan Parlamentində də qəbul edilib. Macarıstan Parlamentinin vitse-spikeri  Şandor Lejak Türk dünyasının hər tərəfindən gəlmiş aydınları öz adından və Macarıstan parlamenti adından salamlamaqdan böyük məmuniyyət durduyğunu deyib və qurultayın önəmindən danışıb. Tədbirin sonunda millət vəkili Q.Paşayeva Macarıstan Parlamentinin vitse-spikeri  Şandor Lejakla da görüşüb.
 



Xəbər 402 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR