Qənirə Paşayeva tanınmış təşkilat rəhbərləri ilə görüşüb – FOTO

Qənirə Paşayeva tanınmış təşkilat rəhbərləri ilə görüşüb – FOTO

Millət vəkili Q.Paşayeva tanınmış təşkilat rəhbərləri ilə görüşüb və Azərbaycanla bağlı geniş məlumatlar verib
 
Millət vəkili, Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu İB-nin rəhbəri Q.Paşayeva dünyanın bir sıra nüfuzlu təşkilatlarının rəhbərləri – Beynəlxalq Biznes və Peşəkar Qadınlar Federasiyasının prezidenti Amany Asfour , Avstraliyanın MYOB İnc. şirkətinin baş direktoru Tim Reed, KAGIDER-in prezidenti Sanem Oktar, Böyük Britaniyanın Palladium şirkətinin müxtəlifliklər üzrə əsas təmsilçisi  Rosanna Duncan və  Kataloniyanın Qabaqcıl Tədqiqatlar İnstitutunun (ICREA) tədqiqatçısı, professor Paul F.M.J. Verschure  ilə görüşüb. Görüşdə millət vəkili Azərbaycan, ölkəmizdə qadınların cəmiyyətdə rolunun artırılması istiqamətində görülən işlər, Azərbaycanın Birinci vitse-prezidenti, YUNESKO və İSESKO-nun Xoşməramlı səfiri Mehriban Əliyevanın rəhbərliyi altında bu istiqamətdə həyata keçirilən layihələr, qadınların cəmiyyətdə rolunun genişlənməsi ilə bağlı məsələlərin dövlət siyasətinin tərkib hissəsi olması ilə bağlı geniş məlumatlar verib. Millət vəkili Q.Paşayeva xüsusilə Qarabağ həqiqətləri ilə də bağlı  məlumatlar verib, fikir mübadiləsi aparılıb. İqtisadiyyatda, biznesdə qadınların rolunun getdikcə artdığını da deyən millət vəkili qadınların dövlətin və cəmiyyətin idarə olunmasında, iqtisadiyyatda və biznesdə rolunun artırılmasının Azərbaycan dövlətinin siyasətində önəmli yer tutduğunu vurğulayaraq, gələcəkdə bu istiqamətdə daha böyük nailiyyətlər gözlənildiyini deyib. Bütün müsəlman şərqində qurulan ilk demokratik, parlamentli cümhuriyyət olan ölkəmiz barədə,  onun iqtisadi inkişafı, potensialı, mədəniyyəti, turizm imkanları  barədə də geniş məlumatlar verən millət vəkili onları Azərbaycana dəvət edib.




Xəbər 338 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR