Qənirə Paşayeva MM-də əlillərin problemlərindən danışıb

Qənirə Paşayeva MM-də əlillərin problemlərindən danışıb

Millət vəkili Q.Paşayeva MM-də əlillərin problemlərindən danışıb və müvafiq qurumları təcili addımlar atmağa çağırıb.

MM-in bugünki iclasında "Sosial təminatı və müdafiəsini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2018-ci il büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun müzakirəsi zamanı millət vəkili Qənirə Paşayeva bildirib: "Ölkədə 570 min əlilliyi olan insan var və ölkə əhalisinin 5.96 faizini təşkil edir. Yəni əhalimizin 6 faizi əlilliyi olan insanlardır. Rəsmi məlumatlara görə əlillərin yalnız 5 faizi işləyir. Məsələn 40 mindən yuxarı gözdən əlil insanın 2 faizi işlə təmin olunub. Əmək qabiliyyətli əlillərin işlə təmin olunması çox vacib məsələdir.Buna onların çox böyük ehtiyacı var. Məşğulluq haqqında qanunda hər bir qurumda əlillərin işləməsi üçün kvota müəyyənləşib, amma demək olar ki bütün qurumların əksəriyyəti bu məsələyə riayət etmirlər. Ona görə də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmilərinə müraciət edərək soruşmaq istəyirəm ki, Məşğulluq haqqında qanunda əlillər üçün nəzərdə tutulan kvotalara müəssisələrin əməl etməsi istiqmətində 2017-ci ildə hansı işlər görülüb, qanuna əməl etməyən nə qədər qurum cərimələnib və hansı nəticələr əldə edilib. Eyni zamanda soruşmaq istəyirəm ki, 2018-ci ildə bu istiqamətdə ciddi dönüş yaratmaq üçün hansı işləri görməyi planlaşdırırlar, hansı mexanizmləri nəzərdən keçirirlər. Əlillər cəmiyyətimizin ən həssas təbəqəsidir və onların iş yeri ilə təmin olunmasına daha çox çalışmalıyıq, onlara dəstəyi ciddi şəkildə artırmaq lazımdır. Hər kəs bu istiqamətdə qanunları yerinə yetirməlidir. Hesab edireəm ki, bu məsələ ən vacib prioritetlərdən biri olmalıdır və müvafiq qurumları bu məsələyə dəstək göstərməyə çağırıram. Çünki əlilliyi olan insanlar və bu istiqamətdə təşkilatlar hər dəfə bizimlə görüşəndə bu məsələni ciddi qaldırır və təcili və ciddi dəstək gözlədiklərini bildirirlər. Digər bir məsələyə də toxunmaq istəyirəm.Təbii hamımız istəyirik ki sahibkarlıq daha da inkişaf etsin. Amma sahibkarlar tərəfindən işçilərin hüquqlarının pozulmasının da əleyhinəyik. Bu gün özəl sektorda əmək müqaviləsi olmadan çalışan insanların sayı daha da artır. Sabah bu insanlar pensiyaya çıxanda necə olacaq? Necə pensiya alacaqlar? Ona görə də əmək müqaviləsi olmadan işçi çalışdıran şirkət və qurumlara qarşı Əmək Müfəttişliyi ciddi mübarizə aparılmalıdır və onları bu məsələyə daha da çox diqqət yetirməyə çağırırıq."

Çıxışın videosunu bu linkdən izləyə bilərsiniz

Xəbər 328 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR