Qənirə Paşayeva: "Keşikçidağ abidəsi bağlı bütün iddialar əsassızdır"

Qənirə Paşayeva:

Millət vəkili Q.Paşayeva bu gün MM-də Gürcüstandakı bəzi siyasi və dini nümayəndələrin Keşikçidağ abidələri ətrafında yaratmaq istədikləri heç bir tarixi əsası olmayan gərginlik və onun strateji Azərbaycan - Gürcüstan münasibətlərinə mənfi təsiri barədə danışıb.

 

Millət vəkili Q.Paşayeva Keşikçidağ abidələri ilə bağlı əsassız ittihamlarla çıxış edən Gürcüstanın bəzi din və siyasət nümayəndələrinin açıqlamalarına etirazını bildirib. Millət vəkili bildirib ki, onların əməllərinə, açıqlamalarına Gürcüstan rəsmiləri və milət vəkilləri dərhal reaksiya verməlidir və iki ölkə arasında münasibətlərə zərər verən bu kimi addımların qarşısı alınmalıdır: "Azərbaycan Gürcüstanla münasibətlərə həmişə həssas yanaşır, böyük önəm verir və onun ərazi bütövlüyünə də hər zaman hörmətlə yanaşır. Gürcüstanda Azərbaycanın ərazi bütövlüyünə qarşı bəzi qüvvələr tərəfindən səsləndirilən sayğısız ifadələr qəbuledilməzdir və bu kimi açıqlamalar sadəcə Azərbaycan-Gürcüstan əlaqələrinə zərər vurur və biz buradan öz etiraz səsimizi ucaldırıq. Azərbaycanın ərazi bütövlüyünə sayğı göstərilməsi bizim üçün ən vacib məsələdir. Keşikçidağ tarixi mədəniyyət abidəsi Azərbaycan tarixinin bir parçası olaraq bizim üçün çox dəyərlidir və bütün tarixi mənbələr də Gürcüstanda bəzi qüvvələrin səsləndirdiyi iddiaların əsassız olduğunu ortaya qoyur. Gürcüstanda Azərbaycan əleyhinə fəaliyyət göstərən və iki ölkə arasında münasibətlərin pozulması üçün çalışan qüvvələrin fəallaşmasının Gürcüstan rəsmiləri və siyasi dairələri qarşısını almalıdır, çünki Azərbaycan üçün Gürcüstan ilə münasibətlərin inkifaşı nə qədər önəmlidirsə, Gürcüstan üçün də Azərbaycanla münasibətlərin inkişafı daha da önəmlidir”.

 

Millət vəkili Q.Paşayevanın MM-də bu barədə geniş çıxışını və səsləndirdiyi məsələləri bu linkdən izləyə bilərsiniz.

 

https://www.youtube.com/watch?v=HYHM-tFhQa4&feature=youtu.be

Xəbər 443 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR