Qənirə Paşayeva “Gənclər zərərli vərdişlərə YOX deyir” tədbirində gənclərə çağırış etdi – FOTOLAR

Qənirə Paşayeva “Gənclər zərərli vərdişlərə YOX deyir” tədbirində gənclərə çağırış etdi – FOTOLAR

Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin təşkilatçılığı ilə Ərkivan qəsəbəsində "Gənclər zərərli vərdişlərə YOX deyir” tədbirində təşkilatın rəhbəri Arzu Bağırova gənclr arasında zərərli vərdişlərin artmasnını narahatlıq doğurduğunu və bunun qarşısını almaq üçün maarifləndirmə tədbirlərinin genişlənməsinin vacibliyindən danışıb.
 
Bu mövzuda geniş çıxış edən millət vəkili Q.Paşayeva gənclərə çağırış edib:"Gənclər arasında qumar oyunları, tütün məhsullarından, spirtli içkilərdən və narkotik maddələrdən istifadə olunmasına qarşı, ona meyilliyin artmaması istiqamətində ciddi mübarizə tədbirlərini, maarifləndirmə işlərini artıqmalıyıq" deyən millət vəkili Qənirə Paşayeva qeyd edib ki, gənclərin qumar oyunlarına aludə olmasına və bununla da öz həyatlarını məhv etmələrinə qarş mübarizəmiz bir cəmiyyət olaraq güclü olmalıdır. O, bu istiqamətdə narahatlıq doğuran məqamlar barədə fikrini bildirib. Qənirə Paşayeva hazırda il ərzində 5,4 milyon insanın tütündən, siqaretdən istifadə etdiyinə görə dünyasını dəyişdiyini qeyd edib: "Biz bütün gəncləri sağlam gələcək naminə siqaretlə, tütün məhsulları ilə mübarizəyə səsləyirik və onları bu maarifləndirmə hərəkatının öncülləri görmək istəyirik. Hər bir gəncimiz ilk növbədə özündən, ətrafından başlayaraq tütün məhsullarına qarşı mübarizə aparmalı və biz hamımız gənclərimizin tütün məhsulları, narkomaniya, alkoqolizm kimi zərərli vərdişlərə tutulmamasına çalışmalıyıq. Bu zərərli vərdişə insanlar adətən gənc yaşlarda başlayır və çox hallarda bir daha xilas ola bilmirlər”. Şagirdlər və gənclərlə görüşdə onlara siqaretin dəhşətli zərərli təsirləri, onu atmanın, ondan xilas olmanın heç zaman gec olmaması barədə, sadəcə güclü iradə və bunu necə edə bilməklə bağlı əldə edəcəkləri biliklərlə buna cəhd etmələrinin vacibliyi ilə bağlı danışan millət vəkili QənirəPaşayeva bildirib ki, ölkəmizdə də insanlar arasında, xüsusilə gənclər arasında siqaretdən istifadə edənlərin artması hamımızı ciddi narahat etməli və gənclərimizin bu zərərli vərdişə meyillənməməsi istiqamətində səylərimizi daha da artırmalıyıq:”Ona görə ailələrlə bərabər bu məsələdə məktəblərimizin də üzərinə böyük məsuliyyət düşür. Məktəb təhsil verməklə bərabər vətəndaş da yetişdirir və müəllimlərimizdən xahiş edirik ki, gənclər arasında zərərli vərdişlərlə bağlı mütamədi söhbətlıər aparsınlar, gənclər arasında bu zərərli vərdişlərə tutulanları gördükdə zamanında gec olmadan onlara dəstək olmağa daha da çox çalışsınlar. Müəllimlər toplumun ziyalılarıdır və bu gün sizin bu məsələlərdə də böyük dəstəyinizə ehtiyac var”. Millət vəkili Rəşad Mahmudov zərərli vərdişlərlə bağlı, gəncləri zərərli vərdişlərdən qorumağın yolları barədə geniş məruzə ilə çıxış edib. Millət vəkilləri Qənirə Paşayeva və Rəşad Mahmudov, Regional Hüquqi və İqtisadi Maarifləndirmə İB-nin sədri Arzu Bağırova gəncləri, müəllim və ziyalıları maraqlandıran sulları da cavablandırıblar. Təddbirin sonunda fəal gənclərə kitablar və hədiyyələr, zərərli vərdişlərə qarşı mübarizəyə dair gənclərə materiallar təqdim edilib. Eyni zamanda millət vəkili Q.Paşayevanın müəllifi olduğu kitablar da gənclərə imzlı hədiyyə edilib.









Xəbər 303 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR