Qazaxıstanlı ekspert: "Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur"

Qazaxıstanlı ekspert:

"Azərbaycan və Qazaxıstan arasında energetika sahəsində əməkdaşlıq potensialı qeyri-məhduddur, yalnız prioritetləri düzgün müəyyənləşdirmək və siyasi meydanda bir-birimizə dəstək verməklə bu və ya digər məsələdə birgə hərəkət etmək lazımdır".


Bunu "Report"a qazaxıstanlı politoloq İslam Kurayevdeyib.

Onun sözlərinə görə, Azərbaycanla Qazaxıstan arasında enerji sahəsindəəlaqələr tarixən uğurlu olub və ölkələr həmişə enerji məsələlərindəvahid mövqedən çıxış ediblər:"Qazaxıstan və Azərbaycan, ilk növbədə, qohum ölkə, yalnız bundan sonra tərəfdaşdırlar. Buna əsaslanaraq hər hansısa bir hərəkətin gen əlaqələri prizmasından keçdiyini söyləmək olar və beləliklə, münasibətlər uğurla inkişaf edir. Bu istiqamətdə fikir ayrılığımızın yaşadığı anları xatırlaya bilmirəm”.

Ислам Кураев

Politoloq İslam Kurayev

"Qazaxıstan Azərbaycanı nümunə götürməli vəSOCARnümunəsində Qazaxıstan şirkətlərindən birinin brendini tanıtmalıdır".

İ.Kurayev qeyd edib ki, "Bakı-Tbilisi-Ceyhan" və Cənub Qaz Dəhlizi kimi Azərbaycan layihələri gələcəkdə Qazaxıstan üçün böyük perspektiv vəd edəcək.

"Geosiyasi baxımdan bu layihələrin həyata keçirilməsində əsas məqsəd dünya bazarlarına müstəqil enerji və logistika axını yaratmaqdır. Başlanğıc nöqtə Azərbaycan olmalıdır, Qazaxıstan isə daha sonra qoşulmalı idi. Ümumilikdə, hazırkı mərhələdəXəzər dənizinin şelfindəki mənbələrin bölüşdürülməsi ilə əlaqədar yaranmış suallara görə Qazaxıstan kənarda qalır, lakin perspektiv olaraq bunlar möhtəşəm layihələrdir", - İ.Kurayev əlavə edib.

Ekspert vurğulayıb ki, Qazaxıstan Azərbaycanı nümunə götürməli və SOCAR nümunəsində Qazaxıstan şirkətlərindən birinin brendini tanıtmalıdır:"Bu, reklama düzgün yanaşmadır, bu, dünya təcrübəsidir. Başqa ölkələrdən faydalanmaq çətin olarsa, Azərbaycan təcrübəsini bölüşə bilər. Çünki bu, sadəcə, reklam deyil, həm də vəsaitlərin düzgün bölüşdürülməsi və rasional istifadəsidir".

Xəbər 81 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR