Qazaxıstanın “Air Astana” aviaşirkəti Rusiyaya bütün uçuşları dayandırdı

Qazaxıstanın “Air Astana” aviaşirkəti Rusiyaya bütün uçuşları dayandırdı

Qazaxıstanın "Air Astana” aviaşirkəti Rusiyaya və ölkə ərazisinə bütün uçuşları dayandırıb.
 
Qaynartinfo xəbər verir ki, bu barədə RBK şirkətin bəyanatına istinadən məlumat yayıb.

Qərar "Rusiya Federasiyasından/Rusiya Federasiyasına və onun ərazisi üzərindən kommersiya uçuşları üçün sığorta təminatının dayandırılması ilə əlaqədar” qəbul edilib.

Bundan əvvəl Azərbaycanın iki aviaşirkəti – "Azərbaycan Hava Yolları” (AZAL) və "Buta Airways” Rusiyaya uçuşları dayandırdığını açıqlamışdı.

Xatırladaq ki, Türkiyənin Pegasus Hava Yolları da martın 13-dən 27-dək Rusiyaya uçuşları təyyarələrin sığortası ilə bağlı problemlərə görə təxirə salıb.
Xəbər 367 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR