Qazaxıstan BRİKS-dən imtina etmişdi, yenə dəvət edilib...

Qazaxıstan BRİKS-dən imtina etmişdi, yenə dəvət edilib...
  • DÜNYA

Qazaxıstan BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmağa dəvət edilib.
Aktual.az xəbər verir ki, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov Qazaxıstan xarici işlər naziri Murad Nurtleu ilə görüşündə deyib.
"Qazaxıstan BRİKS-ə tərəfdaş ölkə kimi qoşulmaq üçün dəvət alıb. Ümid edirik ki, bu, şahidi olduğumuz və yaşadığımız dəyişikliklər dövründə aktual qlobal problemlər üzrə əlaqələrimizi zənginləşdirəcək”, - Lavrov bildirib.
Qeyd edək ki, Qazaxıstan Prezidentinin mətbuat katibi Berik Uali Prezident Qasım-Jomart Tokayevin təkliflər almasına baxmayaraq, Qazaxıstanın BRİKS-ə üzv olmaq istəmədiyini bildirmişdi.
Xəbər 216 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR