Qazaxıstan aviaşirkəti Bakıya reysləri ləğv edib

Qazaxıstan aviaşirkəti Bakıya reysləri ləğv edib

Qazaxıstanın "Air Astana” aviaşirkəti koronovirus probleminə görə Almata-Bakı reyslərinin 4-nü ləğv edib. Şirkət yalnız bir reysi saxlayıb.

Xatırladaq ki, bundan əvvəl Gürcüstan Azərbaycanla sərhədləri iki həftəliyə bağladığını elan edib, Hindistan isə öz vətəndaşlarına ölkəmizə səyahət etməməyə çağırıb.
Rəsmi məlumata görə, Azərbaycanda 200-dən artıq insan koronavirus şübhəsi ilə müşahidə altına alınıb, 3 nəfərdə isə virusun olduğu təsdiqlənib.
Azərbaycanda virusla bağlı situasiyanı dramatikləşdiriən əsas amil qonşu İran İslam Respublikasında koronavirusun tüğyan etməsidir. Rəsmi məlumata görə, artıq bu ölkədə virusa yoluxanların sayı min nəfəri ötüb, 54 adam isə dünyasını dəyişib. Onların arasında rəsmi şəxslər də var.
Təhlükənin geniş miqyas almasına baxmayaraq, Azərbaycan uzun müddət İranla sərhədləri bağlamaqdan imtina edib. Yalnız ötən həftənin sonunda ictimai təzyiqdən sonra İranla sərhədi bağlayıb.
Xəbər 577 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR