Qaydaları pozan sürücülərə etirazınızı bildirin – DYP vətəndaşlara müraciət edib

Qaydaları pozan sürücülərə etirazınızı bildirin – DYP vətəndaşlara müraciət edib

"Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı”nda sərnişindaşıma fəaliyyətində təhlükəsizlik məsələləri ilə bağlı qarşıya qoyulan məqsədlərə, eyni zamanda bu sahədə aparılan tədbirlərin daha səmərəli təşkili ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) rəhbərliyinin göstərişlərinə uyğun olaraq, Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) tərəfindən qabaqlayıcı tədbirlərin, maarifləndirmə xarakterli görüşlərin keçirilməsinə diqqət daha da artırılıb.
Bu barədə Aktual.az-a BDYPİ-in Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, növbəti tədbir Bakı Beynəlxalq Avtovağzal Kompleksində baş tutub. Lakin, bu dəfə DYP əməkdaşları sərnişin daşıyanları deyil, sərnişinlərin özlərinin maariflənməsini hədəf seçiblər: "Belə ki, Dövlət Avtomobil Nəzarəti Xidmətinin və Bakı Beynəlxalq Avtovağzal Kompleksinin təmsilçilərinin, eləcə də KİV nümayəndələri qatıldığı tədbir kompleks daxilində və avtobuslarda bilavasitə sərnişinlərin iştirakı ilə gerçəkləşib.
BDYPİ-in əməkdaşları elektron və çap materialı formasında hazırladıqları tövsiyə xarakterli posterin məzmununu barədə sərnişinlərə məlumat verərək onları yollarda üzləşə biləcəkləri təhlükələrdən xəbərdar edib və belə hallara qarşı birgə mübarizənin əhəmiyyətindən danışıblar”.
"Qeyd edək ki, sözügedən posterdə sərnişinlərə xitab edilərək, onlara: həyatlarını etibar etdikləri sürücülər tərəfindən yol hərəkəti qaydalarının pozması hallarına biganə qalmamaq, nəqliyyat vasitələrində hərəkət zamanı sürücünün diqqətini yayındıra biləcək söhbətlərdən çəkinmək, belə söhbətlərdə iştirak edən sürücülərə etiraz etmək, nəqliyyat vasitəsini idarə edərkən mobil telefondan istifadə edən, ümumiyyətlə yol hərəkəti qaydalarını pozan sürücülərə irad bildirmək və onları intizamlı olmağa dəvət etmək tövsiyə edilir.
Bununla yanaşı posterdə, yol hərəkəti qaydalarını kobud şəkildə pozan sürücülər barəsində dərhal BDYPİ-nin "902” Qaynar Xəttinə məlumat vermələri də sərnişinlərdən xahiş olunur”.
"Təsadüfi deyildir ki, bu səpkidə keçirilən maarifləndirmə tədbirləri və təqdim olunan təbliğat materialları sərnişinlər tərəfindən maraqla qarşılanıb və müsbət rəy alıb. BDYPİ bir daha bütün hərəkət iştirakçılarına təhlükəsiz yol arzulayır və onlardan yol hərəkəti qaydalarına əməl etmələrini xahiş edir”, deyə, BDYPİ-in Mətbuat xidmətindən bildirilib.
Xəbər 1700 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR