Qatarla Bakıya gətirilən bir neçə məhkum qaçdı - Yenilənib

Qatarla Bakıya gətirilən bir neçə məhkum qaçdı - Yenilənib

Bakıda qaçan məhbusların adları məlum olub.

Hüquq-mühafizə orqanlarından APA-ya verilən məlumata görə, Biləcəri stansiyasında qatardan qaçan məhbuslar – 1980-cı il təvəllüdlü Etibar Ələkbər oğlu Məmmədov və 1983-cü il təvəllüdlü Əli Rasim oğlu Ağamidir.

E. Məmmədov Cinayət Məcəlləsinin 234.4.3-cü (külli miqdarda narkotik vasitələrin satışı), Ə. Ağami isə Cinayət Məcəlləsinin 120.2.2-ci (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 228-ci (qanunsuz olaraq odlu silah saxlama) maddələri ilə ittiham olunaraq həbs olunublar.

*****
Şirvanda cəza çəkən məhkumlardan bir neçəsi Bakıya gətirilərkən qaçıb.

Aktual.az APA-ya istinadən xəbər verir ki, həmin məhkumlar Şirvandan Bakıya qatarla gətirilirmiş. Qatar Biləcəri stansiyasında dayan zaman onlardan bir neçəsi qaçmağa nail olub.
Hazırda qaçan məhkumların axtarışı davam edir.
 

Aktual.az

Xəbər 968 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR