“Qasım Süleymaninin qətlinə görə məsuliyyəti Tramp və Pompeo daşıyır” - Ruhani

“Qasım Süleymaninin qətlinə görə məsuliyyəti Tramp və Pompeo daşıyır” - Ruhani
  • DÜNYA

2020-ci il dünyanın bütün ölkələri üçün çətin bir il oldu.

APA-nın Tehran bürosunun məlumatına görə, bu barədə İran Prezidenti Həsən Ruhani bu gün səhər Nazirlər Kabinetinin iclasında çıxışı zamanı bildirib.
"Bu ilin əvvəlindən və hətta 2019-cu ilin sonundan etibarən bir əsrdə bənzərsiz bir virusla üzləşdik. Dünyanın bütün ölkələrinin iqtisadiyyat, təhsil, mədəniyyət və səhiyyə baxımından böyük problemləri var. Özümüzü bu problemdən uzaqlaşdırmaq üçün səylər göstərilməlidir”. – deyə H. Ruhani qeyd edib.
O, bu ilin əvvəlində general Qasım Süleymaninin qətlə yetirildiyini xatırladaraq bu cinayətə görə məsuliyyəti ABŞ Prezidenti Donald Tramp və Dövlət katibi Mayk Pompeonun daşıdığını vurğulayıb.
Xəbər 228 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR