Qaradərili məşhur: "Azərbaycanlı xanımla evlənmək istəyirəm, çünki...”

Qaradərili məşhur:

Qaradərili məşhur aparıcı Xose Bernardo azərbaycanlı xanımla evlənmək arzusunu dilə gətirib.

Aparıcı ARB TV-də "Səhər-səhər” verilişinin qonağı olub. Şəxsi həyatı haqqında açıqlama verən 30 yaşlı Xose bildirib ki, atası kubalı, anası isə azərbaycanlıdır:
"Kubada heç vaxt olmamışam, ən böyük arzum oranı görməkdir. Bir gün mütləq gedəcəyəm. 12 yaşına qədər atamla birlikdə yaşamışıq. Quba haqqında daha çox məlumatlıyam, nəinki Kuba. Atam hazırda Moskvada işləyir, maşın biznesi ilə məşğul olur. Ailədə 3 uşağıq, 2 qardaş, bir bacı.
30 yaşım var, hələ ki "Subaylıq sultanlıqdır" deyib durmuşam, görək sonra nə olur. Qismətimi gözləyirəm. Ailə quracağım xanımın qeyri-millətdən olmasının fərqi yoxdur. Təbii ki, azərbaycanlı xanımla evlənmək istəyərəm. Çünki azərbaycanlı qadının və ananın tərbiyəsini görmüşəm".(Publika)
 
Aktual.az
Xəbər 495 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR