Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, yaralananlar var

Qaradağda sərnişin avtobusu yük avtomobilinə çırpılıb, yaralananlar var

Qaradağ rayonunda sərnişin avtobusunun yük avtomobilinə çırpılması nəticəsində 3 nəfər xəsarət alıb.

Bu barədə "Report”un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən bildirilib. 
Hadisə nəticəsində 37 yaşlı kişi kəllə-beyin, 18 yaşlı kişi qapalı kəllə-beyin travması, 26 yaşlı qadın isə sol əl və sağ ayağından xəsarət alıb. 
Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Hazırda onların vəziyyəti qənaətbəxşdir.

*** 
Bakının Qaradağ rayonunda sərnişin avtobusu qəzaya uğrayıb. 

"Report"un xəbərinə görə, hadisə rayonun Ələt qəsəbəsində baş verib.
Belə ki, Bakı istiqamətində hərəkətdə olan sərnişin avtobusu eyni istiqamətdə hərəkət edən ot bağlamaları ilə dolu "Shagman" markalı yük avtomobilinə çırpılıb. 
Hadisə yerinə xilasedicilər və təcili yardım briqadası cəlb olunub.
Xəbər 484 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR