"Qarabağı bizdən ayıracaq heç bir sənədə imza atmamışıqsa, indi bunu etməyimiz mümkünsüzdür"


Aktual.az BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev ilə müsahibəni təqdim edir:

- Qüdrət bəy, Azərbaycan Ordusu tariximizin şanlı səhifələrini yazır. Ordumuza  zəfər yürüşünü başa çatdırıb, torpaqlarımızı işğaldan azad etməyə  xarici güclər mane ola bilərmi? 

 - Zorakı separatizmin beynəlxalq hüquq normalarına zidd olması ilə yanaşı bütün dövlətlərin ərazi bütövlüyü və daxili sabitliyi üçün böyük təhlükə yaratması səbəbindən dünyanın və regionun böyük gücləri neytrallıqlarını qoruyub saxlamağa  və beynəlxalq hüquqa hörmət etdiklərini nümayiş etdirməyə çalışırlar.Sevgiləri işğalçı dövlətlə olanlar isə  humanitar faciələri önə çəkməklə Azərbaycanın hücumlarını dayandırmaq istəyirlər.Ermənistan bu işdə onlara kömək etmək,həm də mülki əhali arasında qorxu yaratmaq üçün  şəhər və kəndlərimizə ballistk raketlərlə zərbə endirir,zorla Türkiyə və Rusiyanı bu münaqişəyə cəlb etmək istəyir.

Amma Ali Baş Komandanın dediyi kimi, bu dəfə bizi torpaqlarımızı azad etməkdən heç kim çəkindirə  bilməz,çünki həm büynəlxalq hüquq, həm qardaş Türkiyə bizimlədir. Yox,hər hansı yolla  Azərbaycanı dayandıra biləcəklərsə, o halda nə indi nə də 100 il sonra nəzəri cəhətdən olsa belə Qarabağı Azərbaycandan qopara biləcək heç bir sənəd imzalanmayacaq.Sülh müqaviləsinin bağlanmasının və müharibənin bitməsinin tək yolu Ermənistanın Azərbaycanın ərazi bütövlüyünü tanıması və işğalçı qoşunların torpaqlarımızdan çəkilməsidir. İnşallah, biz Ordumuzun qələbəsini diplomatik müstəvidə rəsmiləşdirəcəyik. Siyasət mümükün olanı əldə etmək bacarığıdır. Amma biz ölkəmizdə siyasi istiqrarsızlıq hökm sürəndə,iqtisadiyystımızın ağır vaxtlarında və beynəlxalq güclərin əleyhimizə olduğu və 20% torpaqlarımız erməni faşistləri tərəfindən  işğal olunanda, yəni  90-cı illərdə belə Qarabağı bizdən ayıracaq heç bir sənədə imza atmamışıqsa indi bunu etməyimiz mümkünsüzdür. Madrid prinsiplərindən danışmağımız xalqımızı narahat etməməlidir. Azərbaycan  heç vaxt Dağlıq Qarabağın son  statusunun referendiumla, Azərbaycanın ərazi bütövlüyündən kənarda müəyyən olunmasına imkan verməyəcək. Bəzi insanlarımız fikirləşir ki,referendiumla Qarabağın müstəqilliyi elan oluna bilər. Prezident min dəfə söyləyib ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar predmeti olmayıb və bizim üçün keçilməz qırmızı xəttdir, Azərbaycan torpaqlarında biz ikinci erməni dövlətinin yaranmasına heç vaxt imkan verməyəcəyik.Artıq Ordumuz başqa reallıq yaradıb.Biz məğlub dövlətdən qalib dövlətə çevrilməkdəyik.Qarabağda azərbaycanlıların yaşadığı şəhər və kəndlərə (Şuşaya, Xocalıya və s.) ev-eşiyindən didərgin düşmüş vətəndaşlarımızı  Azərbaycan dövləti köçürəcək,əgər Qarabağın  erməni sakinləri Azərbaycan vətəndaşlığını qəbul edib öz evlərinə qayıdacaqlarsa, son status müəyyən olunana qədər müvəqqəti yerli özünü idarəetmə orqanlarını da azərbaycanlılarla ermənilər birlikdə formalaşdıracaq.Ona görə də xalqımız Ali Baş Komandana və Ordumuza döyüşlərdə uğurlar arzulamaqla şəhidlərimizin qanı bahasına əldə etdiyimiz qələbələrin sevincini yaşamalıyıq. Allah şəhidlərimizin ruhunu şad etsin! // moderator.az
Xəbər 2496 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR