QARABAĞ sindromu...

QARABAĞ sindromu...

Sindrom , Tibbdə və psixologiyada eyni vaxtda baş verən kliniki aşkar olunmuş bir xəstəlikdə müxtəlif simptomların oxşarlığına əsaslanan termindir. Tibb sahəsində mövcud olan və yeni yaranan sindromlar, bu terminin tibbdən kənarda da oxşar hadisələri təsvir etmək üçün istifadə olunur. Məsələn Qarabağ sindromu kimi.

 

Xarici təsirlər vasitəsi ilə suni yolla yaradllan Qarabağ sinromunda hadisələrin müxtəlifliyi bu problemin danışıqlar yolu ilə həllini mümkünsüz edir. Bu simptomların yaşamasına səbəb yenə də güclü xarici təsirlərdir. Qarabağ ətrafında baş verən siyasi hadisələr, bu münaqişənin silahlı yolla həllinə şərait yaradır.

 

Qarabağ münaqiuşəsinin həllinin yalnız silahlı yolla mümkümlüyünü, indi Qarabağ sindiromunun yaranmasına səbəbolan Rusiyanın özündədə anlamağa başlayıblar. Lakin bu da problemin həllinə kömək etmir.


 

Mövcud situasiya Ermənistanın xeyrinədir.

Qarabağ münaqişəsini yaradan güclər, mövcud status-kvonu saxlamaqla münaqişəni donduraraq bu ərazini ya Ermənistana birləşdirmək ya da ikinci erməni dövləti yaratmaq məqsədi güdürlər. Hələlik mövcud status-kvonun saxlanmasına etiraz edən Azərbaycan, xarici güclərin bu ideyanı gerçəkləşdirməsinə mane ola bilir.

 

Lakin vəziyyətin bu cür davam edərək uzanması Azərbaycanın əleyhinə işləyən foktordur. Beləki bu ərazilərə iddialı iki nəsil böyüyür. Biri 1992-ci ildən Qarabağda məskunlaşdırılan insanlardan doğulub böyüyən, Qarabağı özünə vətrən hesab edən etnik "qarabağlı ermənilər” və əslən Qarabağlı olan, valideyinlərinin Qarabağda qoyub gəldikləri əmlakına sahib ola bilməyən və Qarabağdan kənarda böyüyən aborgen azərbaycanlı gənclər...

 

Zaman, Qarabağ təsübkeşliyini birincilərin xeyrinə həll etmirmi?..Hal-hazırda məcburi köçkün həyatı yaşayan vətəndaşların, orta və yaşlı nəsil nümayəndələri işğal altında qalan əmlaklarını öz vərəsələrinə necə vəsiyyət edə bilərlər. Bu insanlar dünyadan köçərlərsə, onların işğal altındakı ərazilərdə qalan əmlaklarının həcmi, miqdarı və dəyəri barədə məlumatlar hansı rəsmi sənədlərlə təsbit olunacaqdır?

 

Gələcəkdə torpaqlar azad olunarsa bu insanların əmlak iddiaları (əmlak hüquqları) necə tənzimlənəcək?.. və ya kim zəmanət verə bilər ki, valideyinlərini itirmiş məcburi köçkünlərgeri döndükdə öz ata-baba yurdyerlərini tanıyıb ona sahiblənə biləcəklər?

 

Göründüyü kimi Qarabağ ətrafındakı çoxsaylı suallar burulğanında yenə də qazanan tərəf Ermənistandır. Çünki Qarabağlı kimi böyüyən onların uşaqlarıdır.

 

Mövcud situasiya Qarabağ ətrafında baş verən bütün hadisələrin ermənilərin xeyrinə olduğu təsəvvürü yaradır. Beləki, Dağlıq Qarabağ danışıqlarında qalib tərəf kimi özünü iddialı aparan Ermənistana qarşı aparılan məhşur aprel döyüşlərində bir neçə yüksəkliklərin götürülməsi, Azərbaycan ordusunun döyüş qabiliyyətini, mübarizəsinin və qələbə əzminin olduğunu göstərdi. Bu danılmaz faktdır.

 

Lakin, Erməni təbliğat maşını bu hadisəni, öz havadarlarının dəstəyi ilə dünya ictimai rəyində ermənilərin qələbəsi kimi təbliğ etməyə başladılar. Məhz buna görə də dünya ictimai rəyində , birmənalı qarşılanmayan aprel hadisələri bəzi xarici informasiya mənbələrində, Azərbaycan ordusunun hücum zamanı öz qarşına qoyduğu məqsədə çata bilməməsi kimi qeyd olundu. Ermənistan,Azərbaycan ordusunun aprel hücumları zamanı bəzi strateji yüksəklikləri itirməsinə baxmayaraq, güclü Azərbaycan silahlı qüvvələrinin hücumlarının Ermənistan ordusu tərəfindən müvəffəqiyyətlə qarşısını alaraq, onu dayandıra bilməsikimi qiymətləndirildi.

 

Bundan sonra bəzi ermənipərəst analitiklər aprel dpyüşlərindən sarsılan Ermənistan ordusunun, Azərbaycan ordusuna bərabər və ya ondan daha üstün döyüş qabiliyyətinin olduğunu iddia etməyə başladılar. Hətta aprel döyüşlərinin nəticələri də bir çox xarici informasiya mərkəzlərində Azərbaycan ordusunun hücumlarını "dayandıran” ermənilərin qələbəsi kimi də qeyd olunurdu.

 

Bu baxımdan Qarabağ ətrafında cərəyan edən erməni yalanları, bəzən dünya ictimai rəyində bizim təqdim etdiyimiz həqiqətlərdən daha anlaşıqlı qarşılanır. Məhz buna görədə mövcud situasiya olduğu kimi qalarsa bu Ermənistanın gələcəkdə Qarabağa sahib olmasına gətirib çıxaracaqdır.

 

Beləki, hal-hazırda Azərbaycanın işğal altındakı ərazilərdə Ermənistanın məskunlaşdırma siyasətini güçləndirməsi, ictimai yaşayış mərkəzlərində abadlıq quruculuq işlərinin genişləndirilməsi, yol infrastrukturunun bərpası, kommunikasiya sistemlərinin yenidən qurulması, turizmin inkişaf etdirilməsi, beynəlxalq standartlara cavab verən hava limanının qurulması dediklərimizin əyani sübutudur. Belə bir əlverişli müharibə şəraiti ermənilərin Qarabağa sahiblənmək riskini artırır.

 

Danışıqların dalana dirəndiyi indiki zamanda Qarabağ probleminin hərbi yolla həlli analitiklər tərəfindən birmənalı qarşılanmmır. Onlarin bir qismi beynəlxalq hüququn Azərbaycanın yanında olduğunu qeyd etsələrdə, digər bir qismi isə rus faktoruna görə Azərbaycanın aciz davranacağını və ərazilərini hərbi yolla azad etməyə risq etməyəcəyini düşünürlər.

 

Afrin təcrübəsi.

2018-ci ilin 19 yanvar tarixindən etibarən Qardaş Türkiyənin Silahlı Qüvvələri tərəfindən Suriyanın şimalında yerləşən Hələb mühafəzəsinin daxil olduğu Afrin ərazilərindəki PYD, YPG və PKK adlı terror təşkilatlarını zərərsizləşdirmək üçün başladığı "Zeytun Budağı” əməliyyatı çox qısa zaman kəsiyində nəinki türk əsgərinin şücaətini yenilməzliyini dünyaya nümayiş etdirdi, eyni zamanda özündən qat-qat güclü olan dövlətlərin Suriya planlarına ciddi zərbə vurdu. Afrin təcrübəsi göstərdi ki, ağıllı taktika ilə güclü düşmənə də qalib gəlmək olar.

 

Türkiyənin terrorçulara qarşı həyata keçirdiyi "Zeytun Budağı” əməliyyatı, digər "terrora qarşı” mübarizə aparan dövlətlərin ciddi təziqləri ilə qarşılandı. "Zeytun Budağı” əməliyyatı göstərdiki Rusiya, Amerika, Fransa, Almaniya kimi dövlətlərin marağı Suriyada terror təşkilatlarını məhv etmək deyil, bu bölgədə hegemonluğu, ərazilərə nəzarəti ələ keçirmək uğurunda mübarizədir.

 

Başda ABŞ olmaqla Almaniya, Fransa, İran, Səudiyyə Ərəbistanı və digər bir çox dövlətlər tərəfindən terrorla mübarizəni dayandırmaq üçün Türkiyəyə qarşı açıq müqavimət göstərdilər.

 

Lakin, Türkiyə inanılmaz cəsarət nümayiş etdirərək bu dövlətlərin marağına qarşı getdi və bu dünya güclərini Türkiyə ilə hesablaşmağa məcbur etdi. 10 kilometr dərinliyində Türkiyə Suriya sərhədləri boyu əraziləri terrorçulardan təmizlədi.

 

Türkiyənin "Zeytun Budağı” əməliyyatı dünya hərb tarixidə yeni rekordlara imza atdı və bölgədə yaşayan yerli əhaliyə hümanitar yardımlar etməklə onların nüfuzunu və hörmətini qazandı.

 

Afrin təcrübəsi göstərdi ki Azərbaycanın işğal altındakı ərazilərini də erməni terror qruplaşmalarından və erməni ordusunun işğalından hərbi yolla xilas etmək olar.

 

Qarabağın hərbi yolla azad edilməsi bu gün tezdirsə, sabah gec olacaq...

 

BMT Təhlukəsizlik Şurasmın 822, 853, 874, 884 saylı qətnamələrində, Avropa Şurası Parlament Assambleyasınm 2005-ci ildə qəbul etdiyi 1416saylı qətnaməsində, Avropa Parlamentinin 20 may 2010-cu idə qəbul etdiyi "Avropa İttifaqımn Cənubi Qafqaz uzrə Strategiyası" adlı qətnaməsində, İslam Konfransı Təşkilatınm və digər beynəlxalq təşkilatların coxsavlı sənədlərində Azərbaycanın ərazilərinin Ermənistan tərəfindən işğal edilməsi, yüz minlərlə Azərbaycan vətəndaşının məcburi köckünə cevrilməsi və Azərbaycanda hümanitar böhran vəziyyətinin yaranması qeyd olunmuşdur. Amma nə fayda bu sənədlərin icraya yönəldilməsi mümkün deyildir.

 

Beləki, Azərbaycan torpaqlarında ermənilərin mövcudluğu və Ermənistan adlı bir qurumun yaradılması Rusiyanın layihəsidir. Ermənistanı yaratmaqda Rusiyanın məqsədi, Rusiyaya olan xarici hücumları öz sərhədlərindən kənarda qarşılamaq olmuşdur. Bu Rusiyanın Putindən 100 il öncə düşündüyü plandır. Ermənilər öz milli müqəddəratlarını özləri təyin etməyiblər, Ermənistanı Rusiya yaradıb.Ermənistan müstəqil dövlət deyil və müstəqil siyasət yürüdə bilməz. Bu mövzuda Rusya söz sahibi olduğundan, Ermənistan Azərbaycan aparəlan danışıqlar həmişə iflasa uğrayır. Məhz buna görə də Azərbaycanla Ermənistan arasında Dağlıq Qarabağ münaqişəsi ətrafında aparılan danışıqlar nəticəsiz qalır. Bütün bunlar Qarabağ münaqişəsinin hərbi yolla həllini qaçılmaz edir.

 

Qarabağ probleminin Rusiyadan asılılığı, Azərbaycanı problemin hərbi yolla həllində ehtiyatlı davranmağa vadar edir. Türkiyənin Afrin təcrübəsi göstərdi ki, ağıllı taktika ilə güclü düşmənə də qalib gəlmək olar. Təki beynəlxalq hüquq sənən tərəfində olsun.

 

Qarabağ münaqişəsi, Cənubi Qafqaz regionundakı münaqişələrdən kəskin şəkildə fərqlənir. Beləki, Gürcüstanın Abxaziya və Cənubi Asetiya bölgələrindən fərqli olaraq Dağlıq Qarabağın Rusiya ilə sərhədləri yoxdur. Azərbaycan münaqişəni hərbi yolla həll etmək istəsə Ermənistanın sərhədlərini pozmayacaq, öz sərhədləri daxilində bunu edəcək. Bununlada Azərbaycan Kollektiv Təhlükəsizlik qüvvələrinin münaqişəyə müdaxiləsini neytrallaşdıracaq.

 

Rusiya Qarabağa hərbi yardım göstərmək istəsə bunu Ermənistan Respublikası üzərindən etməlidir ki bu da ciddi qanun pozuntusudur. İqtisadi və hərbi sanksyalar çərçivəsində boğulan Rusianın Qarabağ münaqişəsinə hərbi müdaxiləsi az inandırıcı görünür. Əgər Rusiya bu ağılsızlığa gedərsə sərhədlərinin Azərbaycan və Türkiyə tərəfindən qapanmasına, ABŞ və Avropa ölkələri tərəfindən sankyaların dahada sərtləşdirilməsinə gətirib şıxarar ki bu da Rusiya üçün arzuolunmaz nəticələrə səbəb olar.

 

Odurki, Prezident seçkilərindən sonra Azərbaycan öz ərazi bütövlüyünü hərbi yolla azad etməlididir. Münaqişənin yenidən danışıqlar müstəvisinə gətirilməsi, Azərbaycanın 20% ərazisinin itirilməsi ilə nəticələnəcəkdir.

 

Faiq İsmayılov.

AMEA Hüquq və İnsan Haqları İnstitunun əməkdaşı.

 

 

Xəbər 724 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR