Qara dənizdə daha bir tankerə hücum edildi

Qara dənizdə daha bir tankerə hücum edildi
  • DÜNYA

Rusiyadan Gürcüstana gedən "Midvolga 2" tankeri dron hücumuna məruz qalıb.
Aktual.az xəbər verir ki, bu barədə Türkiyənin Nəqliyyat və İnfrastruktur Nazirliyindən məlumat verilib.
Məlumata görə, hücum Türkiyə sahillərindən 80 mil uzaqlıqda baş verib.
Tankerdə 13 heyət üzvünün olduğu, heç kimin xəsarət almadığı bildirilir.
Hazırda tanker Türkiyənin Sinop limanına doğru üzür.
Xəbər 61 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR