“Qanuni oğru” Rəqsanədən 30 min manat pul tələb edir – FOTO

“Qanuni oğru” Rəqsanədən 30 min manat pul tələb edir – FOTO

Müğənni Rəqsanə İsmayılovanı hədələyərək 30 min manat pulunu istəyiblər.

Aktual.az  axşam.az-a istinadən xəbər verir ki, özünü "vorzakon” kimi təqdim edən şəxs sosial şəbəkədə ona yazaraq, hədə-qorxu gəlib.

Rəqsanə "bakılı_karinoy” adlı profilin şəklini və yazdıqlarını paylaşaraq, bunları qeyd edib: "Hansısa "razborşik”dir, bütün müğənnilərdən pul tələb edir. Məndən də 30 min manat istəyir. Verməsəm, yaxud polisə müraciət etsəm, məni yatdığım yerdən götürəcəklər. Baxın, görün nə qədər qudurmuş, harınlamış insanlar var. Utanıb yerə girmirlər. Ən azından hörmət qazanan yaxşı oğlanların adını bunlar batırır.

Qadına yazır ki, pul ver, biabırçılıqdır. Belə insanlara nə etmək lazımdır? Polisdən qorxan belə alçaqlıq edər? Nə deyim, müğənnilər elə sizin üçün qazanırmış... Yaxşı oğlansan, canın çıxsın, get qazan.

Azərbaycan dövlətində özbaşınalıq yoxdur. Sənin kimi onun-bunun qazancını tələb edənlər həbsxanada oturur. Əziz müğənnilər, kimə belə yazı gəlibsə, payını versin. Şükür ki, qanuni ölkədə yaşayırıq. Allah vurmuşdu səni... Ləqəbə bax hələ, "Qədeş”...”

Xəbər 4329 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR