Qadını avtobusdan itələyib yıxan sürücü işdən çıxarılıb - VİDEO

Qadını avtobusdan itələyib yıxan sürücü işdən çıxarılıb - VİDEO

Sumqayıt şəhərində sərnişinlə sürücü arasında baş verən mübahisə ilə bağlı araşdırma aparılır.

Aktual.az apa-ya istinadla xəbər verir ki, hadisə iyunun 16-da şəhər ərazisində 12 saylı xətt üzrə hərəkət edən sərnişin avtobusunda baş verib.

Şəhər sakini Sənubər Baxşəliyeva ilə sürücü arasında baş verən mübahisə zamanı sürücü sərnişini itələyib. Bu zaman qadın avtobusdan yerə yıxılıb. Faktla bağlı polisə müraciət olunub və Sumqayıt şəhər Polis İdarəsinin 4-cü polis bölməsində araşdırma aparılır.

"Sumqayıt Nəqliyyat-1" MMC-nin direktoru Elgiz Fərəcovun APA-ya verdiyi məlumata görə, sürücü Aqil Kosayev hadisədən sonra işdən çıxarılıb.

Hadisə zamanı xəsarət alan Sənubər Baxşəliyevaya ilkin tibbi yardım göstərilib, vəziyyətinin qənaətbəxş olduğu bildirilir.

Qeyd edək ki, sərnişin avtobusunda baş verən məlum hadisə barədə sosial şəbəkədə videogörüntülər yayılıb.
Xəbər 208 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR